60

  Mir Cəfər Bağırov və Məmmədəmin Şəkinski

 

Internetdə senzura olmadığına görə heç bir təhsili olmayan, yazı – pozudan kənar adamlar müxtəlif elm sahələrinə və tarixə aid ağızlarına nə gəldi yazıb yerləşdirirlər. Əvvəllər orta məktəbi bitirən şagirdlər müəyyən qədər bilikli olurdular. “Müəllim yanına getmək”dəbə çevriləndən sonra çox az məzun məktəbdə öyrənməli olduğu adi məlumatlarla məktəbdən ayrılır. İndi belə məzunlar ya özünü jurnalist kimi, ya tarixçi kimi təqdim edərək müxtəlif tarixi yazılara elə rəylər yazırlar ki, tarixçilər mat qalır. Bu günahın yarısı elə tarixçilərin payına düşür. Ona görə ki, ermənilər bizim tarix kitablarında özlərinə lazım olan əlavələri yerləşdirəndə, xəritələri dəyişəndə tarixçilərimiz susaraq tamaşaçı mövqeyi tutmuşlar. Mənim yazılarımın çoxu Mir Cəfər Bağırova aiddir. Məlum səbəblərə görə (Əvvəlki yazılarımda bu barədə geniş məlumat var. F.B.) 20 il Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırov barədə uzun müddət tarix kitablarında və mətbuatda heç bir məlumat verilməmişdir. Hətta ensiklopediyalardan onun adı çıxarılmışdır. Tanınmış yazıçı — tədqiqatçı Teyyub Qurban Mir Cəfər Bağırovun məhkəməsi, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb. Bu dəqiq məlumatları tarix dərsliklərinə yerləşdirməyin vaxtı gəlib çatıb. Gələcək nəsillərə dəqiq məlumatları ötürmək lazımdır ki, səhv məlumat oxuyanda hansının düzgün olduğunu dərk edə bilsinlər. Teyyub Qurbanın “Ekspress” qəzetində getmiş yazılarına diqqət etmək yerinə düşər.

1937-ci ilin payızında Mir Cəfər Bağırov sədaqətli silahdaşlarından biri olan keçmiş müsavat əsgərini Kremlin Yejov — Mikoyan caynağından xilas edə bilməmişdi. Moskva «troyka»sının (üçlük) hökmü ilə keçmiş «Hümmətçi»lərin hamısı həbsə alınmışdılar.

Onların arasında Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov, Zaqafqaziya SFSR xalq torpaq komissarı Dadaş Bünyadzadə, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyev, SSRİ Xalq Yeyinti Sənayesi Komissarlığı Siyasi İdarəsi rəisinin müavini Həbib Cəbiyev və başqaları vardı.

1937-ci ildə Kirovabad Şəhər Sovetinin sədri vəzifəsində işləyən keçmiş hümmətçi Məmmədəmin Əhməd oğlu Şəkinski SSR İttifaqı Xalq Daxili İşlər Komissarlığının 1937-ci il 5 avqust tarixli əmri əsasında 10 il müddətinə Rusiyanın Kolıma düşərgəsinə sürgün olunmuşdur.

Jurnalist Mehdi Bəyazid 1996-cı il oktyabr ayının 2-də «Naxçıvan» qəzetində dərc olunmuş «Mən başımı qılınclara verənəm» yazısından məlum olur ki, M. Şəkinski «vəhşi Kolımada Hüseyn Cavidlə görüşmüşdür».

O zaman işgəncələrə məruz qalan Hüseyn Cavid də, Məmmədəmin Şəkinski də yaxşı bilirdilər ki, onların Azərbaycanda qoyub getdikləri övladlarına ilk növbədə Mir Cəfər Bağırov qayğı göstərəcəkdir. Belə də olmuşdur. Bunu arxiv materialları nümayiş etdirir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Azərbaycan Teatr İnstitutunun təsis olunmasına aid materiallardan bəlli olur ki, bu ali məktəb 1945-ci ildə Azərbaycan K(b)P MK-nın M.C. Bağırov tərəfindən imzalanmış qərarı əsasında yaradılmış və ona məşhur aktyor Mirzağa Əliyevin adı verilmişdir. İnstitutun ilk məzunları arasında «xalq düşməni»nin qızı Turan Cavid də vardır. Hüseyn Cavidin zavallı övladı 1950-ci ildə ali məktəbi bitirdikdən sonra institutda saxlanılmış, teatrşünaslıq fənnindən dərs demişdir.

Sibirdə «xalq düşməni» Hüseyn Cavidlə görüşmüş «xalq düşməni» Məmmədəmin Şəkinsinin ailəsi də M.C. Bağırovun diqqətindən kənarda qalmamışdı. M. Şəkinskinin ömür-gün yoldaşı Əfşan xanım Əli Bayramov adına toxuculuq fabrikində işləmiş, qızı Səltənət Azərbaycan Dövlət Tibb İnstitutuna, iki oğlu — Hikmət və Əkrəm Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyası — T.Q.) daxil olmuşlar. Səltənət Şəkinskaya sonralar tanınmış həkim — kardioloq, Hikmət Şəkinski adlı — sanlı neftçi — alim kimi şöhrətlənmişlər.

1951-ci ildə Azərbaycan Sənaye institutunun geoloji — kəşfiyyat fakültəsinin birinci kurs tələbəsi Əkrəm Məmmədəmin oğlu Şəkinskinin başına gətirilən hadisə isə Mir Cəfər Bağırovun bilavasitə işə qarışmasına zərurət yaratmışdı. Əllinci illərdə Azərbaycan Sənaye İnstitutu partiya təşkilatına rəhbərlik etmiş akademik İsmayıl İbrahimov 1995-ci ildə «Səda» nəşriyyatı tərəfindən buraxılmış «Dövrüm haqqında» kitabında yazır: «İnstitutun marksizm-leninizm kafedrasının müdiri Petros Mosesov institutun rektoru, respublika ictimaiyyəti arasında pak və prinsipial insan kimi hörmət qazanmış Saleh Qocayev haqqında mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxırdı. Mosesovun Qocayevə qarşı irəli sürdüyü ittihamlardan biri də bundan ibarət idi ki, Azərbaycan Sənaye İnstitutunda «xalq düşməni» uşaqları təhsil alırlar. Bu «xalq düşməni» balasından biri də Əkrəm Şəkinski idi. Onun atası Məmmədəmin Əhməd oğlu Şəkinski həqiqətən 1918-ci ildə «Hümmət» təşkilatının Aşqabad komitəsinin məsul katibi olmuş, Gəncədə müsavat ordusunda xidmət etmişdi».

 

1951-ci ilin mart ayı. «Hümmət»çi ata Krasnodar ölkəsində «Qaradənizneft»in yataqxanasında komendant işləyir. Vətənə, doğmalarına, xüsusilə sonbeşik oğlu Əkrəmə qovuşmaq yolunda min bir əziyyətə dözürdü. Onun xəbəri vardı ki, Əkrəm AzSİ-də oxuya-oxuya axşamlar Bakı metrosunun tikintisində çalışır. Gələcək geoloq — kəşfiyyatçının burada işləməsinə şəxsən M.C. Bağırov icazə vermişdi. Fəqət həmin il Novruz bayramından sonra keçmiş müsavat əsgərinin sonbeşik övladı daşnak professor ilə üz — üzə gəldi. Mosesovun gözləri mühazirə zamanı orta cərgədə əyləşmiş Əkrəm Şəkinsinin əlindəki kağıza sataşdı:

— Bu nədir oxuyursan? Ver bura!

— Müəllim, oxuduğumun sizin fənninizə dəxli yoxdur!

— Necə?! Dəxli yoxdur deyirsən?!!

Bütün auditoriya bu qeyri — adi səhnəni izləyirdi. Qəfil sillə səsi…

Əkrəm sillədən də kəsərli baxışlarla professora baxa-baxa oxuduğu «namə»ni cibinə qoyub  mühazirə  zalını tərk etdi.

1951-ci il martın 30-da baş vermiş hadisə AzSİ-nin partiya təşkilatının  (katibi İsmayıl İbrahimov idi —T.Q.) bürosunda müzakirə edilir,  elə müzakirə ilə də  məhdudlaşır. Şayiə yayılır ki, guya Bağırov yoldaş demişdir ki, «xalq düşməninin oğluna sillə vuran müəllim cəzalandırıla bilməz».      Bu barədə akademik İsmayıl İbrahimov yuxarıda adı çəkilən kitabında belə yazır:

«Bakı Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, indi də böyük hörmət  bəslədiyim bizim Nəsir İmanquliyevlə telefonla baş vermiş əhvalatı ona söylədim. Məsələni çox çək — çevir edib, P. Mosesovun partiyadan çıxarılmasını rəva bildik. Saat dörddə hesabat-seçki yığıncağı başlandı. Kommunistlər Mosesov haqqında qərarımızı bəyəndilər. Amma onun  özü yox idi. S.M.Kirov adına Fizioterapevtik İnstitutunda yatağa düşmüşdü.  Həmin  müalicəxananın baş həkimi Gevorkov idi. Az sonra Mosesov stasionardan  çıxıb evə qayıtdı. Onun şəxsi işinə raykomun bürosunda baxıldı. Məsələ başqa yön aldı. O vaxt  raykomun birinci katibi olan Qulam Həsənzadə mənə xəbər verdi ki, M.C. Bağırovun  göstərişinə  görə P.B.Mosesov partiyadan çıxarılmayacaq, çünki elə bir günah  işlətməyib, yəni onun vurduğu tələbə «xalq düşməni» sayılan Bakı şəhər milisinin sabiq  rəisi Məmmədəmin Şəkinskinin oğludur».

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində tanış  olduğumuz materiallar göstərir ki, M.C.Bağırov «Bakı şəhər milisinin sabiq rəisinin» oğluna sillə vuran erməni professora güzəştə gedənlərin hamısının səhvini vaxtında düzəltmişdir.  Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 1951ci il 21 aprel tarixli büro iclasının qərarında  deyilir:

«M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm-leninizm kafedrasının müdiri Mosesov P.B. barəsində

M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm-leninizm kafedrasının müdiri Mosesov P.B. kafedrasının işinə rəhbərliyi təmin etmədiyinə və  sovet pedaqoqu adına yaraşmayan hərəkətə yol verdiyinə görə vəzifəsindən kənar edilsin.

ÜİK(b)M MK-dan bu qərarın təsdiq olunması xahiş olunsun.

Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov.»

Mir Cəfər Bağırovun imzaladığı qərarla eyni vaxtda Moskvaya Mosesova haqsız cəza  verilməsinə dair şikayət məktubları da göndərilmişdir. 1951-ci ilin may ayında ÜİK(b)P MK-nın elm və ali məktəblər şöbəsinin müdiri A.A.Jdanov Mosesovun  vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar Azərbaycan K(b)P MK-dan ətraflı məlumat tələb  etmişdir. Cavab məktubunu M.C.Bağırovun tapşırığı iləAzərbaycan K(b)P MK katibi Həsən Həsənov may ayının 10-da yola salmışdır. Məktubda deyilir:

«ÜİK(b)P MK-nın elm və ali məktəblər şöbəsinin müdiri A.A.Jdanov yoldaşa

M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm-leninizm kafedrasının müdiri professor Mosesov P.B. dəfələrlə ciddi nöqsanlara yol vermiş,  ondan tələb edilmişdir ki, özünün pedaqoji və elmi fəaliyyətində əsaslı dönüş yaratsın. 1949-cu il aprelin 12-də Azərbaycan K(b)P MK Bürosunda Azərbaycan Sənaye İnstitutu marksizm-leninizm kafedrasının işi müzakirə olunarkən qeyd olunmuşdur ki, kafedranın müdiri Mosesov P.B. kafedraya zəif rəhbərlik edir, bunun nəticəsidir ki,  müəllimlərin mühazirələrində olduqca ciddi siyasi qüsurlara yol verilir.

Professor Mosesov nəinki Azərbaycan K(b)P MK-nın və Bakı  Komitəsinin  göstərişlərinə əməl etmiş, hətta bu il mart ayının 30-da sovet alimi adına yaraşmayan  hərəkətə yol vermişdir: institutun iki fakültəsinin birgə məşğələsində mühazirə zamanı geoloji-kəşfiyyat fakültəsinin tələbəsinə sillə vurmuşdur. Azərbaycan K(b)P MK Bürosunun 1951-ci il 21 aprel tarixli qərarı ilə P.B.Mosesov kafedranın işinə rəhbərliyi təmin etmədiyinə və sovet pedaqoqu adına yaraşmayan hərəkətə yol verdiyinə  görə Azərbaycan Sİ-nin marksizm-leninizm kafedrasının müdiri vəzifəsindən kənar edilmişdir».

Mir Cəfər Bağırov Azərbaycan rəhbərliyindən uzaqlaşdırılandan sonra daşnak  professorun yolunda da yaşıl işıq yandırılmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər  İdarəsi Siyasi SənədlərArxivində saxlanılan bəzi materiallarla tanış olun:

«Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 1954-cü il 12 fevral tarixli büro  iclasının protokolundan çıxarış

1925-ci ildən ÜİK(b)P üzvü, partiya bleti N470944,  Petros Baqdasaroviç Mosesov yoldaşın S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti  marksizm — leninizm kafedrasının müəllimi təsdiq olunması barədə ADU-nin rektorunun  təklifi qəbul edilsin.

 

Azərbaycan KP MK katibi T.Yaqubov».

 

1954-cü ilin sentyabr ayında isə Azərbaycan KP MK-nın Elm və Mədəniyyət  Şöbəsinin müdiri Abdulla Bayramovun ünvanına Mosesov haqqında iki yerdən şanlı məktub  daxil olmuşdur. AzərbaycanSSR Maarif naziri M.Məmmədovun 15 sentyabr tarixli məktubunda oxuyuruq:

«Azərbaycan SSR Maarif Nazirliyi tarix elmləri doktoru, professor Petros  Baqdasaroviç Mosesovun M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutu marksizm-leninizm kafedrasının müdiri vəzifəsinə təsdiq olunmasını  Sizin müzakirənizə təqdim edir.

Mosesov yoldaşın şəxsi işi əlavə olunur».

Mərkəzi Komitənin tapşırığı ilə Mosesovun müəllim işlədiyi Azərbaycan Dövlət  Universitetiindən göndərilmiş xasiyyətnamədə isə 1951-ci ildə Məmmədəmin Şəkinskinin  oğluna sillə vurmuş daşnak mələk donundadır:

«S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti marksizm-leninizm kafedrasının professoru Petros Baqdasaroviç Mosesova

 

   Xasiyyətnamə

 

Mosesov Petros Baqdasaroviç milliyyətcə ermənidir, 1925-ci ildən Sov. İKP üzvüdür.  Elmlər doktoru və professor, Sov. İKP tarixi sahəsində yüksək ixtisaslı alimdir. O, 1949-cu ildən  hal — hazıra kimi Univesrsitetdə marksizm — leninizm fənnindən dərs deyir, 1930-cu  ildən ali məktəb müəllimidir. P.B.Mosesovun mühazirələri və seminar məşğələləri yüksək ideya-nəzəri səviyyədə keçirilir. Onun bilavasitə elmi rəhbərliyi ilə  respublikanın bir  sıra gənc  mütəxəssisi dissertasiya yazıb müdafiə etmişdir.

Professor Mosesov böyük elmi — tədqiqat işi aparmaqla yanaşı, aspirantlara  və  dissertantlara səmərəli rəhbərlik edir. Mosesov yoldaş Sov. İKP  tarixini təkbaşına  öyrənənlərin məsləhətçisi, Azərbaycan KP Voroşilov Rayon Komitəsinin  mühazirəçilər qrupunun rəhbəridir.

Xasiyyətinamə Azərbaycan KP MK-nın Elm və Mədəniyyət şöbəsinə təqdim olunur.

   Universitetin rektoru Y.H. Məmmədəliyev

   Marksizm-leninizm kafedrasının müdiri M.S.Səlimov»

1952-53-cü illərdə Məmmədəmin Şəkinskinin Krasnodardan ailəsinə göndərdiyi məktublara əyilməz şəxsiyyətin ürək çırpıntıları hopmuşdur. Onun 1953-cü ildə sonbeşik oğluna (o zaman Əkrəm Şəkinski Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinin dördüncü kurs tələbəsi idi — T.Q.) ünvanı belə yazılmışdı: Krasnodar ölkəsi, Çernomorsk qəsəbəsi, Kalinin küçəsi, ev 1.

Məmmədəmin Şəkinski 1950-ci ilin mart ayının 15-də 50 yaşını «Qara dəniz» qəsəbəsində «qeyd» etmişdi. O, Qaradəniz trestinin mənzil — kommunal təsərrüfatı idarəsinin müdiri idi. Azərbaycanda baş verən hadisələri «Pravda» qəzetindən və mərkəzi jurnallardan izləyirdi. 1953-cü il martın 5-də Stalinin vəfatından kədərlənən 53 yaşlı Məmmədəminin ilk dəfə sürgünlükdə gözləri yaşarmışdı. Fəqət elə həmin gün Sov.İKP MK-nın, SSRİ Ali Soveti Rəyasət Heyətinin və Nazirlər Sovetinin birgə iclasında Mir Cəfər Bağırovun Sov. İKP MK Rəyasət Heyətinin üzvlüyünə namizəd seçilməsi ürəyini dağa döndərmişdi. Həmin iclasda Lavrenti Pavloviç Beriyanın (M.Şəkinski onu 1918-ci ildən şəxsən tanıyırdı — T.Q.) G.M.Malenkovun müavini təyin edilməsi də ona sevinc bəxş etdi. Xeyli düşünüb-daşındıqdan sonra qələm götürüb Sovet hökumətinin başçısına aşağıdakı məktubu yazdı:

 

«SSRİ Nazirlər Sovetinin sədri G.M.Malenkov yoldaşa

 

Vətəndaş Məmmədəmin Əhməd oğlu Şəkinskidən

 

ünvan: Krasnodar ölkəsi, Çernomorsk qəsəbəsi, ev 1

 

Ərizə

 

«Çernomorneft» trestinin mənzil — kommunal təsərrüfatında 5 il vicdanla və qüsursuz çalışmışam. Ancaq 1952-ci ilin mayında mən «öz xahişimlə» yataqxana komendantı işimdən azad edilmişəm. Səbəbi də bu olmuşdur ki, mənzil — kommunal təsərrüfatındakı və trestin ayrı-ayrı rəhbərlərinin işindəki kobud nöqsanlara kəskin münasibətimi bildirmişəm.

Mənim işdən çıxarılmağım, aydındır ki, mənzil — kommunal təsərrüfatı rəhbərliyindəki çirkin əməllərlə məşğul olanların heç bir fakta əsaslanmayan hərəkətidir. Bəhanə budur ki, mən «1937-ci ildə repressiya olunmuşam. Çirkablıq girdabına düşmüş bu adamların niyyəti baş tutmuşdur: Cənub rayon partiya komitəsi mənim iştirakım olmadan bədnam qərarı təsdiq etmişdir.

Krasnodarneft Birliyinin rəisinə şikayət məktubu ilə müraciət etdikdə, o əvvəlcə müraciətimə canıyananlıqla yanaşdı və bildirdi ki, mən işimə qaytarılacağam (Onun rəsmi yazılı vədini məktubuma əlavə edirəm). İndiyədək Birlik rəisinin vədi yerinə yetirilməmişdir.

Sizdən soruşuram: Sovet dövlət quruluşu şəraitində bir sovet vətəndaşı kimi mənim bir ilədək işsiz qalmağımı nə ilə izah etmək olar? Axı həmişə Vətənimiz naminə namusla çalışmışam, Sovet pasportu daşıyıram, neftçilərin həmkarlar ittifaqının üzvüyəm, 1954-cü ildə SSRİ neft sənayesi tərəfindən neftçilərə nümunəvi məişət xidməti göstərdiyimə görə mükafatlandırılmışam. İnanın ki, işsiz qaldığım vaxtlarda sözün tam mənasında ehtiyac içində yaşamışam.

Güman edirəm ki, artıq elə bir zaman gəlmişdir ki, Sov. İKP 1937-38-ci illərdə yejovçuluğun əsassız olaraq günahlandırdığı və həbsə alındığı mənim kimi bir kommunistin işinə əncam çəkəcəkdir».

Ardı var

    Füzuli Baratov

 

 

 

 

 

 

 

Стандартный

59

     Sarı Şəmistanın əmisi nəvəsi  Hüseynov Elçin Sabir oğlu (anası Eyyubova Ruxsarə Mustafa qızı) , uzun müddət dəmir yolçu işləmiş, ahıl yaşında vətəndən uzaqda, repressiya olunmuş insanların yaşadığı yerdə, Rusiyanın Sverdlovski vilayətinin Alapayevski rayonunda məskunlaşmış və vətən həsrəti ilə burda yaşamağa “məcbur olunmuşdur”…

     Hal – hazırda 32 yaşlı qızı əlil arabasına məhkum olunduğu və qız nəvəsinin atası öldüyündən valıdeyn nəvazişindən kənar qalması Elçin kişinin dərdini bir az da artırıb… 

     Ailənin burda, anasının isə Qazax şəhərində Heydər Əliyev küçəsində  yaşaması Elçin kişinin dərdini ikiqat artırıb…  

“… Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. Hələ 1918-ci ilin oktyabr ayında iyirmi üç yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu  sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb.
Lakin 1937-ci ilin qara günləri mərd komissar Şəmistan Əyyubovun da qapısını döyür. SSRİ Ali məhkəməsinin hərbi kollegiyasının səyyar sessiyası onu əksinqilabçı-trotskiçi və millətçilik fəaliyyətinə görə birinci kateqoriya ilə güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubovu güllələyirlər. Güllələndikdən sonra Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır – X.M) «vətən xaini»nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə SSRİ  XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə 8 il müddətində azadlıqdan məhrum edilir.
Dörd uşaq anası Pəri xanım Mordoviyaya sürgün olunur. Böyük oğlu 15 yaşlı Mahmud həbs edilərək Bayıl həbsxanasına salınır. 11 yaşlı İsmayıl, 14 yaşlı Gülzar və 13 yaşlı Ədiləni isə Şüvəlandakı «bezprizorniklər» saxlanan koloniyaya göndərirlər.

      Mircəfər Bağırov və Şəmistan Əyyubov (Sarı Şəmistan) fəhlə və kəndçi sinfini müdafiə edən inqilabçılar olub. Təbii ki, bu, əvvəl belə idi. Daha sonra arada əqidə dəyişikliyimi baş verib, yoxsa başqa səbəblərdənmi, biri o birinin “qurban”ına çevrilib.

Beləliklə Publika.az bu dəfə Sarı Şəmistandan bəhs edəcək.

Mircəfər Bağırovu tanımayan çox az insan tapılar. Apardığım sorğuda bu insan haqqında fərqli qütblərə rast gəldim. Qızğın debatlar gedirdi, Mikayıl Muşfiq, Əhməd Cavad, Mikayıl Rəfili, Qantəmir müzakirə olunurdu. Soruşanda ki, bəs Sarı Şəmistan? Bir cavab gəlmədi. Deyəsən, onun haqqında məlumatı olan yoxdur.

Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. Vaqif Səmədoğlunun atasının “Komsomol” poeması əsasında ssenariləşdirdiyi   “7 oğul istərəm” filminə diqqətlə baxanlar üçün əsas qəhrəmanın — Bəxtiyarın Sarı Şəmistanın sağ əli olduğunu anlamaq elə də çətin deyil. Onun Bəxtiyara yazdığı məktubda “Şahsuvara, Qasıma, Cəlala, Mirpaşaya, Qəzənfərə, Zalımoğluna məndən salam de!” cümləsini işlətməsi Bəxtiyara etibarını təcəssüm etdirir. Yəni, bu məktubu Bəxtiyar oxuyubsa, deməli onun arxasında dayanan 6 oğul hələ yaşayır. Sarı Şəmistanın adı gələndə Gəray bəyindən tutmuş, Xalq Komissarları Şurasının işlər idarəsindəki nümayəndələrinə kimi hamı qorxuya düşürdü. Çünki Şəmistan Əyyubov sosial bərabərliyin və ədalətin simvoluna çevrilmişdi. Bu isə bəzi qara qüvvələrə sərf eləmirdi. Əlini — qolunu sallayaraq azadlıqda gəzən cinayətkarları “içəri” atdıran, geri qayıtsalar belə yenə fikrindən dönməyən, haqsız yerə məhbusluqda yatan şəxsləri azadlığa çıxaran biri idi. Sarı Şəmistan təsərüfat işləri ilə də dərindən maraqlanan insan olub. Hətta “Komsomol” ssenarisində yazın gəlişi ilə bağlı əkin — biçin dövrünün başlanması ərəfəsində “Sarı Şəmistan burada olsaydı, sevinərdi” ifadələri yer alır. Sarı Şəmistan həm cəbhədə vuruşmağı, həm təsərrüfatla məşğul olmağı, həm də partiya quruculuğunu unutmayaraq, hər üç vəzifəni eyni anda görürdü.

Sovet tarixini yada salsaq, o dövrün ən qızğın mərhələsi 1917-20-ci illərə təsadüf edir. Həmin ərəfədə Mircəfər Bağırov silah gücünə yox, söz gücünə inanırdı. Məhz inqilabçıların başçılarını söhbətə çağıraraq və onlarla danışaraq problemlərin həllinə nail olmağa çalışırdı. Beləcə o, inqilabçıları inandırıb Azərbaycan Kommunist (bolşeviklər) Partiyasına keçirir. 23 yaşlı Sarı Şəmistan da onlardan biri idi. O, bu partiyaya öz istəyi, öz ideyası ilə şüurlu şəkildə daxil olmuşdu. Şəmistanın ideyasını üstün tutaraq partiya sıralarına daxil olması gələcəkdə haqsızlığı həzm edə bilməyən biri olduğuna görə onu daha böyük çətinliklərlə üz — üzə qoyacaqdı. Hətta onun ölümünə də səbəb olacaqdı. Burdan belə qənətə gəlmək olar ki, Mircəfər Bağırovun əqidə dəyişikliyi də Sarı Şəmistanın ölüm hökmünü imzaladığı vaxtdan başlayıb. Yanlış deyirəmsə, tarix məni bağışlasın.

Sarı Şəmistanın uzaqgörənliyi hadisələri dəqiq araşdırmağa və haqlı — haqsız kateqaoriyalarını asanlıqla ayırd etməyə imkan verirdi. Məhz buna görə də insanların böyük rəğbətini qazanıb.

Əksər vaxtlarda insan əqidəsini dəyişmədikcə düşmənlərinin sayı çoxalar. Məhz Sarı Şəmistana qarşı Xalq Komissarları Şurası tərəfindən edilən təqiblər də əbəs yerə deyildi. Şəmistanın adı gələndə qorxuya düşənlərdən bir çoxu məhz bu şurada cəmlənmişdilər. Onun dəfələrlə cinayətlər törədən Bəbirov və Musayev soyadlı şəxsləri ard — arda həbsə saldırması havadarları olan şura icraçılarını narahat edirdi. Onu davamlı təqib edir, gözdən salmaq üçün fürsət axtarırdılar. Onlar ilkin mərhələdə çirkin əməllərinə nail oldular. Şəmistan Azərbaycan SSRİ Fövqəladə Komissiyası tərəfindən həbs edildi. Təbii ki, nə qədər onun haqqında sübut axtarsalar da, tapılmadı və o, 3 aylıq həbsdən sonra azad olundu. Ancaq Sarı “şübhəli ünsür” kimi partiyadan uzaqlaşdırıldı. Hər şey bununla bitmədi. Təqiblər davam edirdi…

                           Dostları

Tarixi sənədlərdə Şəmistan haqqında dürüst fikirləri yer alan Ağa Sultanov və Əhməd Nadirşini onun dostları hesab etmək olar. Əslində Sarının dostları çox idi, fəhlə-kəndçi sinfi bu insana yüksək dəyər verirdi. Lakin gücün kağız üzərində və “ziyalı təfəkkürü”ndə olduğu dövrdə onların bir önəmi yox idi. Heç şübhəsiz, xalqın sevgisi Şəmistanı ayaqda saxlayan prinsiplərini formalaşdırmışdı.

Ağa Sultanovun dedikləri: “Mən onu şəxsən 1920-ci ildən ən təmiz və yaxşı kommunist kimi tanıyıram, onun işlədiyi bütün partiya təşkilatları bunu təsdiq edə bilərlər”.

Əhməd Nadirşin: “… necə olsa da yoldaş Əyyubov (məsul partiya yodlaşlarının söhbətlərinə görə) vəziyyətin ağır anlarında inqilabda daha fəal iştirak edib”.

Ağa Sultanovun iki yazılı müraciətindən və Əhməd Nadirşinin Zaqafqaziya Mərkəzi Nəzarət Komissiyasına verdiyi düzgün ifadələrdən və nəhayət Əyyubovun işinin daha obyektiv araşdırılmasından sonra onun haqsız yerə tutulduğu məlum olur və partiya fəaliyyəti bərpa edilir.

Şəmistanın ağır günləri bununla bitmirdi. Onu qarşıda böyük faciə gözləyirdi.

1921-ci ildə Göyçay qəzasına ezam olunan Sarı burada böyük cinayətkar qrupla rastlaşır. Mübarizə aparır. O, Ağdam, Şuşa, Nuxa, Göyçay və Şəmaxıda bır çox quldur dəstələrini zərərsizləşdirir, Əyriçubuğun quldur dəstələrinin məhv edilməsini təşkil edir.

1934-cü ildə insanları böyük narahatçılıq bürümüşdü. Repressiya dövrü yaxınlaşırdı. 1937-38-ci illərin faciələri hazırlanırdı. Sarı Şəmistanın artıq heç bir ümidi qalmamışdı. O, güllələnməyi gözləyirdi. Qaranlıq zirzəminin küncündə oturmuş bir adam üçün ölüm kürsüsünə gedən yol 35-ci ilin noyabrından açılmışdı. Mircəfər Bağırovun və Şahverdiyevin imzası ilə bircə qondarma sənədin yarandığı gündən…

SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının səyyar sessiyası onu əksinqilabçı-trotskiçi və millətçi elan edib, güllələnməyə məhkum edir. 1937-ci il yanvarın 5-dən 6-a keçən gecə Şəmistan Əyyubovu güllələyirlər. Güllələndikdən sonra Pəri xanım Abdulla qızı Əyyubova (Vəkilova) (Səməd Vurğunun qohumlarındandır) «vətən xaini»nin həyat yoldaşı kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə SSRİ XDİK-nin 1938-ci il 9 aprel tarixli qərarı ilə 8 il müddətində azadlıqdan məhrum edilir.

                                                        Rüfət Soltan”

     “Publika.az”da Rüfət Soltan adlı yazar Mir Cəfər Bağırov haqqında qərəzli ifadələr işlədir, guya axtarış apardığını göstərir.

     Axtarışı harda aparıb? Hardan məlumat alıb ki, Mir Cəfər Bağırov əqidə dəyişikliyi edib, öz dostlarını darda qoyub? Rüfət Soltan 1934-cü ildə repressiya dövrünün yaxınlaşdığını hardan bilib?

     Arxiv məlumatına görə Eyyubov Şəmistan Mahmud oğlu 6 yanvar 1938-ci ildə güllələnib Rüfət Soltanın göstərdiyi tarixdə yox. Güllələnənlərin siyahısındakı nömrəsi – 873. Şəfiqə Məmmədovanın Bakıda “Gənclik” nəşriyyatında çapdan çıxmış “Anaların fəryadı” kitabında “Sərhəd” qəzetinin xüsusi buraxılışı olan “Yaddaşın bərpası”na istinadın yazdığı  güllələnənlərin  “4262 adam və 570 əlavə” siyahısına baxanda məlum olur ki, bu adamların repressya olunmasında Mir Cəfər Bağırovun günahı olmamışdır.

              Füzuli Baratov, Yekaterinburq

              Davamı olacaq. Təbii ki, arxiv materialları dəqiqləşdiriləndən sonra.

Стандартный

58

 Mir Cəfər Bağırov və Mirteymur Yaqubov

 

   Mir Cəfərin Bağırovun məhkəməsi necə hazırlanmışdır?

 

Mir Cəfər Bağırov barədə yazanlar, telekanallarda veriliş hazırlayanlar məlumatsız adamları dəvət edir, yazının və ya verilişin zəif və sönük çıxmasına zəmin yaradırlar. Çoxu da Mir Cəfər Bağırovun ziddiyyətli adam olduğu barədə heç bir arxiv sənədinə əsaslanmayan, İmam Mustafayev tərəfindən hazırlanmış şər – böhtan kompaniyasının məlumatlarından istifadə edir.

Tanınmış yazıçı — tədqiqatçı Teyyub Qurban 30 ilə yaxın vaxt ərzində arxivlərdə apardığı tədqiqatlar əsasında araya çıxardığı məlumatlardan yaranan kitablar sübut edir ki, Mir Cəfər Bağırov Vətənini sevən, Millətini sevən, qeyrətli vətən oğullarının qeydinə qalan, xalqın sərvətlərini xalq üçün qoruyan, daim yeniliklər sorağında olan, Azərbaycanın elmi potensialının yaxşı yaşaması və yaradıcılıq qabiliyyətlərini daim inkişaf etdirilməsi üçün münbit şəraitin olmasına çalışan, rüşvətxorluğun düşməni olan bir rəhbər olmuşdur. Onun yaxşı kefiyyətlərini saymaqla qurtarmaq olmur.

Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, qəzetlərdə tam bunun əksinə olan məlumatlar verilirdi.

Bundan əvvəlki yazılarımda Mir Cəfər Bağırovun və başqa rəhbər işçilərin “Üçlüyün” işlərinə müdaxilə etməyə hüquqlarının olmadığı barədə faktlara əsaslanan məlumatlar vermişəm.

İndi Teyyub müəllimin arxiv sənədlərindən Mirteymur Yaqubovun istintaqına aid olan bəzi hissələri təqdim etmək istəyirəm. Hər bir oxucu özü istintaqın necə getdiyinin şahidi ola bilər.

 

 

YAKOVLEV — Demək, hər bir cinayət işi dediyiniz kimi araşdırılsaydı, günahsız adamlar məhv edilməzdilər. 1938-ci ildə Bağırovun göstərişilə heç bir qanuni əsas olmadan insanlar terrorçu, əksinqilabçı, qiyamçı kimi həbs olunub güllələnmişlər. Bunlardan xəbəriniz yoxdu?

YAQUBOV — O zamanlar xəbərim yoxdu.

YAKOVLEV — Rayevi tanıyırdınız?

YAQUBOV — O, daxili işlər naziri idi.

YAKOVLEV — Hansı ildə?

YAQUBOV — 1938-ci ildə.

YAKOVLEV — Siz onunla yaxından tanış deyildiniz?

YAQUBOV — Əsla yox. Mən 2-3 ay üçlüyün üzvü olmuşam, iki iclasında iştirak etmişəm.

YAKOVLEV — Üçlüyün sədri kim idi?

YAQUBOV — Rayev.

YAKOVLEV — Yəqin ki, üçlüyün üzvü kimi qərarlara imza atırdınız.

YAQUBOV — Üçlük ÜİK(b)P MK Siyasi Bürosu tərəfindən yaradılmışdı. Qərarlara qol çəkməyə bilməzdim.

YAKOVLEV — Üçlüyün iş qaydası necə idi?

YAQUBOV — Dediyim kimi, üçlüklər Siyasi Büronun qərarı ilə yaradılmışdı. Azərbaycanda sədr daxili işlər naziri Rayev idi. İclasları onun kabinetində keçirilirdi. Rayevi sonralar həbs etdilər.

YAKOVLEV — Dediniz ki, üçlüyün 2-3 iclasında olmusunuz, neçə ölüm cəzasına qol çəkmisiniz?

YAQUBOV — Bunu deyə bilmərəm. Hər iclasda yüzlərlə işə baxılırdı.

YAKOVLEV — Yaddaşınız, görünür, pisdir.

YAQUBOV — Pis deməzdim. Nəzərə alın ki, bu işlər çoxdan baş verib.

YAKOVLEV — Əlbəttə, yada salmayacaqsınız. Çünki adamları milçək kimi qırırdınız. Siz 1938-ci il fevralından oktyabr ayınadək üçlüyün üzvü olmusunuz. Ərz etdiyiniz 2-3 ay yox, səkkiz ay.Sənədlərə görə, həmin müddətdə 2.679 nəfərin işinə baxılmışdır. Onların əksəriyyəti əksinqilabi fəaliyyətdə və Bağırova qarşı terror cəhdində təqsirli bilinmişlər. 2.679 nəfərdən 2.103-ü güllələnmişdir. 576 nəfər islah-əmək düşərgəsinə göndərilmişdir. Yalnız bir nəfər azadlığa buraxılmışdır. Onların əksəriyətinin cəza protokollarında sizin imzanız vardır. Deyirsiniz ki, üçslüyün 2-3 iclasında iştirak etmisiniz. Elə çıxır ki, iclaslarda iştirak etmədən protokollara qol çəkmisiniz.

YAQUBOV — Protokola iclaslarda deyil, ertəsi günü imza atılırdı. O zaman hər şeyi daxili işlər orqanları diktə edirdi. İyul plenumundan sonra 37-ci il qurbanlarına bəraət verilir.

YAKOVLEV — Günahsız insanları məhv etmiş Bağırov, Yemelyanov və başqaları ədalət məhkəməsinin hökmü ilə cəzalarına çatmışlar. Hesab edirsinizmi, siz də məsuliyyət daşıyırsınız. Deyirsiniz ki, partiya və komsomoldan tərbiyə almısınız. Məni də partiya və komsomol yetişdirmişdir. Ancaq heç bir ölüm hökmünə imza atmamışam, bəraət arayışlarına qol çəkmişəm. Əgər Büro iclasında iştirak etməmişəmsə, çıxarılan qərarı imzalamamışam.

YAQUBOV — Siz o zamankı şəraiti nəzərə almırsınız.

YAKOVLEV — Sualıma cavab verin: Baxdığınız hansı işləri xatırlayırsınız? Fərdi, yoxsa qrup halında?

YAQUBOV — Heç birisi yadımda deyil.

YAKOVLEV — Bəlkə Şamaxı işini yadınıza salasınız. 1938-ci il martın 1-də «Üçlüyün» sizin iştirakınızla keçirilən iclasında Şamaxı rayon partiya komitəsinin təlimatçısı Xoren Amirovun və başqalarının barəsində hansı hökm çıxarılmışdı?

YAQUBOV — Xatırlamıram.

YAKOVLEV — Siz 1938-ci ildə həm MK-nın təbliğat üzrə katibi, həm də «Üçlüyün» üzvü idiniz. Əlibayramlıda məsuliyyətə alınanlardan birisi partiya aparatının işçisi, raykomun təlimatçısı idi. Onun məsələsini qurub-quraşdıran Daxili İşlər Nazirliyinin rayon şöbəsinin əməkdaşıydı, ölüm hökmündə sizin imzanız vardır.

YAQUBOV — Xatırlamıram.

YAKOVLEV — Guya DQMV-də əksinqilabi təşkilatın mövcudluğu barədə məlumat vardı.

YAQUBOV — DQMV-də belə işlər az deyildi. Konkret olaraq hansını nəzərdə tutursunuz?

YAKOVLEV — 1938-ci ildə DQMV-də guya əksinqilabi təşkilatda iştirak etdiklərinə görə 37 nəfər güllələnmişdi.

YAQUBOV — Ola bilər.

YAKOVLEV — Bu, terror aktı deyildi?

YAQUBOV — O zaman istintaq materiallarını Xalq Daxili İşlər Komissarlığı hazırlayırdı. Mən hardan biləydim?

YAKOVLEV — Gərək əməlli-başlı araşdıraydınız. Günahsız adamları əksinqilabi təşkilatın üzvü və terrorçu kimi məhv etməyəydiniz. Sizin imzaladığınız bir protokolda fəhlə Yusif Məmiyev əksinqilabi və antisovet ünsür kimi hallanır, onun kolxoz quruluşuna zidd mövqeyi göstərilir. Azsavadlı Yusif Məmiyev ömründə kolxoz görməmişdi, azsavadlı fəhlə idi. Belə bir vətəndaşın ölüm hökmünə imza atanların vicdanı yoxdu? Deyin, bu gün siz özünüz «Üçlüyün» fəaliyyətini necə qiymətləndirərdiniz?

YAQUBOV — Aydındır ki, bu, mahiyyətcə kadrların məhv edilməsi idi. Sonralar MK Bürosunun digər üzvləri ilə birlikdə mən də repressiya qurbanlarına bəraət veriləndə partiyamızın siyasi xəttini alqışlamış və müdafiə etmişəm.

YAKOVLEV — Bəlkə xatırlayırsınız, Yusif Qasımov Azərbaycan KP MK katibi idi. Pak və təmiz kadr idi. O, hazırda sürgündən qayıtmışdır. Onunla Bakıda görüşdüm. Yusif Qasımov həmişə xalqın mənafeyini üstün tutmuşdur, Kirov da onu yaxından tanıyırdı. Elə Levon Mirzoyanı yada salaq. Qazaxıstanda Mərkəzi Komitənin birinci katibi idi. Bakıya gətirtdirib Bağırov ona divan tutdu… Siz necə, özünüzü təmiz adam hesab edirsiniz?

YAQUBOV — Mən o zaman hesab edirdim ki, partiya tapşırığını yerinə yetirirəm, hardan bilərydim ki, bütün bunlar təxribatdır.

YAKOVLEV — O zaman Sumbatov, Beriya, Bağırov kimi qəddar düşmənlər, eləcə də Borşev, Nodarov, Xoren Qriqoryan, Markaryan kimi əclaflar və cinayətkarlar vardı. Onlar 1920-ci ilin cinayətkarcasına fəaliyyətə başlamışdı. Siz komsomolda boy atmış bir gənc kimi necə oldu ki, onlara qoşulmaqla əlinizi qana bulaşdırdınız? «Üçlüyün» üzvü oldunuz? Əgər siz doğrudan da təmiz adam, pak kommunist olsaydınız, günahsız insanlara ölüm hökmünü gözüyumulu imzalamazdınız. Vicdanınız buna necə yol verirdi?

YAQUBOV — Dərrakəm çatmırdı.

YAKOVLEV — Necə yəni dərrakəniz çatmırdı? Siz ali savad almışdınız, aspirantura bitirmişdiniz, Mərkəzi Komitənin katiblərindən biri idiniz.

YAQUBOV — O zamankı şəraiti nəzərə alın. Onda mən cəmi bir il rəhbər işdə olmuşam. Heç zaman məhkəmə sahəsində çalışmamışam. 1938-ci ildə bir neçə ay MK katibi vəzifəsini tutmuşam. Mənə hansı iş tapşırılıbsa, onu can-başla yerinə yetirmişəm. İndi mən dərk edirəm ki, «Üçlüyün» fəaliyyəti başdan-ayağa düzgün qurulmamışdı. Onu demək istəyirəm ki, «Üçlüyün» üzvü olsam da, bilərəkdən günahsız insanları məhv etməyi qarşıma məqsəd qoymamışam.

YAKOVLEV — Siz «Üçlüyün» tərkibində fəaliyyətinizlə Bağırovun etimadını doğrultduğunuza görə MK katibi seçilmisiniz.

YAQUBOV — Bağırov başqalarını da irəli çəkmişdir. O, birinci katib idi. Mən qurultayımızda (Azərbaycan KP-nin XX qurultayı nəzərdə tutulur — T.Q.) sizə bu barədə müfəssəl məlumat vermişəm.

YAKOVLEV — Ancaq çox şeyləri gizli saxlamısınız. Deməmisiniz ki, Bağırovun etimadını doğrultmaq üçün mindən artıq insanın dərisini soyub məhv etmisiniz. Buna görə də Bağırov sizi daxili işlər naziri təyin etmişdir. Bağırov görmüşdür ki, siz insanı milçək kimi öldürməkdə mahirsiniz.

YAQUBOV — Qətiyyən belə deyildir. Əvvəlcə daxili işlər naziri vəzifəsinə Az.Sİ-nin direktoru Saleh Qocayev irəli sürülmüşdü. O, elmi işindən ayrılmaq istəməyərək razı olmamışdı. Ondan sonra namizədliyim ortaya çıxmışdı. Büronun qərarına əməl etməli idim, razılaşmaya bilməzdim.

YAKOVLEV — Siz sonrakı illərdə də Bağırovun ən yaxın adamı olmuşsunuz, partiyamıza və Sovet hakimiyyətinə sadiq kadrların rüsvay edilməsində, onların həbs edib işgəncələrlə öldürülməsində Bağırovun sağ əli olmusunuz. Siz partiyamıza deyil, Bağırova xidmət göstərmisiniz.

YAQUBOV — Mən hər zaman partiyamıza xidmət etmişəm!

YAKOVLEV — Faktlar sübut edir ki, siz 1953-cü ilin iyulunadək hər vəchlə Bağırovun cinayətkar davranışını partiyamızdan gizlətmisiniz. Məgər eşitməmisiniz ki, Bağırov iş kabinetində Levon Mirzoyanı ayaq altına salıb şil-küt etmişdir?

YAQUBOV — Yox, yox, eşitməmişəm!

YAKOVLEV — 1951-ci ildə pambıq tədarükündəki qanunsuzluqlardan da xəbəriniz yoxdu? Azərbaycandan namuslu adamlar açıq və anonim məktublar yazıb bu biabırçılıqdan dəhşətə gəldiklərini bildirirdilər. Siz isə susurdunuz. Digər bir faktı yadınıza salıram. Dağlıq Qarabağdan Mərkəzə daxil olmuş şikayət məktubları ilə əlaqədar ÜİK(b)P MK-nın təlimatçısı sizə zəng etmişdi. Siz buna «provokasiyadır» cavab vermişdiniz. Daha sonra Peqov, Şubin yoldaşlar maraqlanmışdılar.

YAQUBOV — O zaman bu məsələ ilə Səmədov yoldaş məşğul olmuşdu, Qarabağa o getmişdi. Mən yeddi ay Moskvada xəstəxanada yatmışdım.

YAKOVLEV — Sizdən DQMV-də baş verən hadisəni soruşurdular, cavab vermişdiniz ki, «provakasiyadır», bununla da Bağırovu təmizə çıxardınız. Çünki ondan qorxurdunuz.

YAQUBOV — Bəli, qorxurdum, bərk qorxurdum, hamı kimi qorxurdum. Axı sizlərdən kim onun əleyhinə bir söz deyə bilərdi?

YAKOVLEV — İyul plenumunda məruzənizdə və çıxışlarınızda Şamaxı hadisəsindən və digər faktlardan danışmadınız. Çünki özünüz bu qanunsuzluqların iştirakçısı idiniz. Partiya üzvü, keçmiş raykom katibi Qəmbər Bağırovun döyülməsi barədə nə deyə bilərsiniz?

YAQUBOV — Müharibə illərində Mərkəzi Komitənin göstərişilə onu cəbhədən qaçmış fərari kimi həbsə almışdıq, bandit olduğunu bilmirdik…

 

…SADIQ RƏHİMOV:

— Siz nə vaxtdan bunu deməyə başlamısınız?

MİRTEYMUR YAQUBOV:

Mən hər vaxt bunu demişəm. Moskvada ali məktəbi və aspiranturanı bitirdikdən sonra 1933-cü ildə ÜİK(b)P MK tərəfindən Bakıya ezam olunmuşam. Azərbaycan Kənd Təsərrüfatı — Kommunal Məktəbində kafedra müdiri, prorektor  vəifələrində çalışmışam.  1937-ci ilin əvvəlində Xurşud  Məmmədov ilə birlikdə Moskvada  Ali Təkmilləşmə Kursunda təhsil almış,  namizədlik dissertasiyası üzərndə işləmişəm. Həmin vaxt Azərbaycandan göndərilmiş rəsmi teleqram əsasında Bakıya qayıtmış, MK-da məni Cahangir Axundzadə yoldaş qəbul etmiş, Bağırovun yanına aparmışdır. Bağırov tərcümeyi — halımla tanış olandan sonra Komsomolun Mərkəzi Komitəsində  işləməyi məsləhət gördü. O zaman 33 yaşında idim. Mən komsomolda iş təcrübəm  olmadığını, aspiranturanı yenicəbitirdiyimi desəm də, Bağırov heç eşitmək də istəmədi. Nəticədə bir neçə gündən sonra Azərbaycan LKGİ MK katibi vəzifəsinə təsdiq olundum. O vaxtdan mən Bağırovu bilavasitə tanımışam. Bir il keçmiş, komsomolun birinci katibi vəzifəsindən Azərbaycan KP MK-nın üçüncü katibi, bir aydan sonra isə ikinci katibi vəzifəsinə irəli çəkilmişəm. ÜİK(b)P MK tərəfindən Azərbaycan Daxili İşlər Xalq Komissarlığı «Üçlüyü»nün tərkibinə daxil edilmişəm.

1939-cu ildə Partiya tarixinin qısa kursunun nəşri ilə əlaqədar Azərbaycan KP MK-nın təbliğat üzrə katibi və şöbə müdiri təyin olundum. 1941-ci ildə XDİK-nın bölünməsindən sonra MK qərarı iləDaxili İşlər Nazirliyinə göndərilmiş və 1950-ci ilədək nazir vəzifəsində çalışmışam. Bundan sonra MK-nın ikinci katibi seçilmişəm. Həmin dövrdə 7 ay Moskvada xəstəxanada yatmışam. Sağalıb Bakıya qayıtdıqdan sonra Bakı Vilayət Partiya Komitəsinin katibi, bundan da sonra Mərkəzi Komitədə 8 ay Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini tutmuşam. Beləliklə, bir daha təkrar edirəm, 1937-ci ildənBağırovu bilavasitə tanıyıram. Halbuki Bağırov 1920-ci ildə Azərbaycanda rəhbər vəzifələrdə olmuşdur. Bunu nəzərə alın. Axı mənim taleyimi belə asanlıqla nə üçün bu köhnə qəddarın adı ilə bağlayırsınız?İndi məlum olmuşdur ki, Bağırov tələ 1920-ci ildə dəhşətli cinayətlər törətmişdir…

Bağırovun respublikamızda törətdiyi antipartiya və antidövlət cinayətlərinə görə mən də məsuliyyət daşımalıyam? Bir çox qocaman bolşeviklərin Bağırov tərəfindən öldürülməsinə dair Bağırovunməhkəməsində eşitdiyim və mətbuatda haqqında oxuduğum adamları mən görməmişəm. Məsələn, Dadaş Bünyadzadəni bircə dəfə, Kirov yoldaşı bir-iki dəfə komsomol fəalları yığıncağında görmüşəm.

Bağırov həbs olunub xalq düşməni elan edildi. Onun törətdiyi cinayətlərinə görə niyə indi mən də məsuliyyət daşımalıyam?! Əlbəttə, başa düşürəm ki, Bağırovun respublikamızda kadrların məhv edilməsində mənim də təqsirim vardır.  Mən MK  Bürosunun  üzvü və MK katibi kimi kor-koranə bu əclafa,  zülmkara inandığıma  görə mən  də  müəyyən  məsuliyyət daşıyıram. Ancaq bunu da bildirməliyəm ki, mən Bağırovun  dövründə heç bir təsərrüfat təşkilatında və nazirlikdə rəhbər olmamışam, kənardan

onların fəaliyyətlərinə necə təsir edə bilərdim. Günahsız cəzaya məhrum edilmişlər arasında bir nəfər də olsun məni özünə düşmən hesab edən tapa bilməzsiniz.

Partiya işində mən daha çox orta və ali məktəb sahələrində təbliğat işi ilə məşğul olmuşam. Əlbəttə, bu sahələrdəki qüsurlara görə mən məsuliyyət daşıyıram.. 1938-ci ildə «Üçlüyün» işində iştirakım barədə Moskvada Partiya kollegiyasının  iclasında  Serov yoldaşa izahat vermişəm. O vaxt «Üçlüyün» sədri Rayev, üzvləri Əli Hüseynov və mən idim. Mövcud qayda-qanunlara görə həbsə alınmış şəxslərinişinə onların iştirakı  olmadan baxılırdı. İstintaq Xalq Daxili Komissarlığı orqanlarında aparılırdı. Sonra işlərə hərbi prokurorluqda baxıldıqdan sonra «Üçlüyə» təqdim olunurdu. Dediklərimi arxiv sənədlərindəaçıq-aşkar görə bilərsiniz. İndi məlum olur ki, istintaqın  gedişində həbsə  alınanlara fiziki əziyyət verilmiş, günahsız insanlar təhqir olunmuşlar. Bir daha bəyan edirəm ki, «Üçlüyün» üzvü kimi mənə təqdimedilmiş istintaq materiallarında  bu cür  qanunsuzluqlara yol verildiyinə təsadüf etməmişəm. «Üçlüyün» müşavirələri Rayevin

kabinetində aparılır və qərarlar da orada qəbul olunurdu. Hər bir istintaq üzrə işəayrıca protokol tutulurdu və protokola 1-2 gündən sonra «Üçlüyün» müşavirəsindən sonra  imza atılırdı. Bəzən protokollara prokuror və «Üçlüyün» digər üzvləri imzaladıqdan sonra mən öz kabinetimdə, MK binasında qol çəkmişəm. Bu qayda Xalq Daxili İşlər  Komissarlığında 1938-ci ildə də qüvvədə idi. Həmin il bir müddət keçəndən sonra  mən  Bağırov qarşısında məsələ qaldırdım ki, «Üçlüyün» üzvlüyündən azad olunum,  çünki məhkəmə və prokurorluq orqanlarında işləməmişəm, səriştəm yoxdur. Xahişimi  Rayev də müdafiə etdi. Beləliklə, mən MK qərarı ilə «Üçlüyün» tərkibindən çıxarıldım, bu qərarı ÜİK(b)PMərkəzi Komitəsi də təsdiq etdi.

Hal-hazırda müəyyən olunur ki, o zaman istintaq işləri sosialist qanunçuluğunun  ziddinə aparılmışdır, cəza çəkən günahsız insanlar bəraət alırlar. 1938-ci ildə  «Üçlüyün» işindəki fəaliyyətimə siyasi qiymət verilərkən nəzərə almaq lazımdır ki, o zaman «Üçlüyün» qərarlarına imza atarkən partiya tapşırığını yerinə yetirdiyimi zənn  edirdim. Mənim faciəm də budur.

Bağırovun şəxsiyyətinə pərəstişlik yaradılmasında mənim rolumdan danışanlara nə deyə bilərəm? Bağırov ifşa edilənədək onu despot hesab etsək də, onun bir  kommunist kimi təmizliyi də bizdə şübhə doğurmurdu. Onun burada, Mərkəzi Komitə binasında nələr törətdiyi hamınızın gözü  qarşısınla baş vermişdir… ancaq hamımız da ağzımıza su alıb oturmuşuq. Azərbaycan KP MK Bürosunun qərarı olmadan Bağırov Azərbaycan SSR Nazirlər  Sovetinin sədri necə təsdiq edildi? Bizi kabinetinə yığdı, dedi ki, sizlər — Yaqubov, Səmədov, Mustafayev — MK katibləri olacaqsınız. Biz də dinmədik.  Bax, Bağırovun şəxsiyyətinə pərəstiş belə yarandı. » Bağırovun rəhbərliyi altında»  sözlərini təkcə mən demirdim, hamımız deyirdik. Moskvada, partiyanın XIX qurultayında bütün nümayəndələrinin gözü qarşısında Bağırov Fadeyevi məcbur  etdi ki, ondan üzr  istəsin. Nə üçün? Ona görə ki, Fadeyev Bağırovun çıxışına etiraz etmişdi.

MUSTAFAYEV — Yaqubov yoldaşa kimin sualı var? (Yoxdur) Kimin nə təklifi var?

YAKOVLEV — Təklif edirəm ki, Yaqubov partiya sıralarından xaric edilsin.

MUSTAFAYEV — Bu təkliflə əlaqədar kim çıxış etmək istəyir?

YAQUBOV — Mən çox böyük səhvə yol vermişəm, bu faktdır. Mənə, göz açıb qarşısında partiyanı və komsomolu görmüş bir adama təklif etdiyiniz qərar ölümdən betərdir. Sizdən  acizanə xahiş edirəm, nə cəza verirsinizsə — verin, ancaq partiya sıralarında saxlayın.

   (Teyyub Qurban,  Ekspress.-2013.- 4-6 may.-S.15.)

 

Təqdim etdi: Füzuli Baratov

 

 

Стандартный

56

Azərbaycanda ermənilər Mir Cəfər Bağırov dövründə və sonralar        

 

Ermənilərin Azərbaycanda hər zaman məkrli siyasət yeritdikləri sirr deyil. Bəs ermənilərə Azərbaycanda necə meydan verilib? Respublika Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivində bu barədə çoxlu sənədlər saxlanılır. Biz də həmin suala sənədlərin dili ilə cavab verməyə çalışacağıq.

Əvvəlcə Mir Cəfər Bağırovun imzalayıb Moskvaya göndərdiyi iki məktubla oxucuları tanış edirəm:

“Moskva, ÜİK(b)P MK-nın kadrlar idarəsinə, Andreyev yoldaşa.

Azərbaycan K(b)P MK-nın 1946-cı il 6 avqust tarixli qərarı barədə Sizə məlumat veririk:

 

Axundov Vəli Yusif oğlu — 1939-cu ilin oktyabrından ÜİK(b)P üzvü, partiya bileti № 3326634, Azərbaycan SSR Tibb İşçiləri Həmkarlar İttifaqları Komitəsinin sədri vəzifəsinə təsdiq olunsun.

Martirosyan Arşak Mkrtçeviç Şaumyan adına xəstəxanada işlədiyinə görə həmin vəzifədən azad edilsin.

ÜİK(b)P MK-dan xahiş olunsun ki, həmin qərarı təsdiq etsin.

                                                                              Azərbaycan K(b)P MK katibi

                                                                                                       M.C. Bağırov

                                                                                          12 sentyabr 1946-cı il

Qeyrətli dövlət xadimi Kamran Hüseynov da Mir Cəfər Bağırovun irəli çəkdiyi milli kadrlardan biridir. Kamran Əsəd oğlu Hüseynov haqqında Moskvaya göndərilmiş məktubda deyilir:

“ÜİK(b)P MK-nın Mingəçevir Su Elektrik Stansiyası tikintisindəki partiya təşkilatçısı barədə:

Azərbaycan K(b)P MK-nın bürosu qeyd edir ki, ÜİK(b)P MK-nın Mingəçevir Su Elektrik Stansiyasındakı partiya təşkilatçısı Arustamov Arustam Berseqoviç ona göstərilən köməyə, tikintidə partiya işinin gücləndirilməsi üçün göstərişlərimizə baxmayaraq, vəzifəsinin öhdəsindən gəlmir, tikintinin rəhbər işçiləri arasında intriqa yaratmışdır. Arustamov antisovet fəaliyyəti göstərmiş yad ünsürlərlə əlaqə saxlayır. Azərbaycan K(b)P MK bürosu qərara alır:

  1. Tikintidə partiya — siyasi işi başlı — başına buraxdığına, rəhbər işçilər arasında intriqa saldığına və antisovet yabançı ünsürlərlə əlaqə saxladığına görə ÜİK(b)P MK-nın Mingəçevir SES tikintisindəki partiya təşkilatçısı Arustamov A.B. vəzifəsindən kənar edilsin.
  2. Hüseynov Kamran Əsəd oğlu — 1939-cu ilin sentyabrından partiya üzvü, partiya bileti № 2906035, ÜİK(b)P MK-nın Mingəçevir Su Elektrik Stansiyası tikintisində partiya təşkilatçısı təsdiq edilsin.

ÜİK(b)P MK-dan xahiş olunsun ki, həmin qərarı təsdiq etsin.

Azərbaycan K(b)P MK katibi M.C.Bağırov.

23 may 1949-cu il”.

Kamran Hüseynov qırx doqquz ildən sonra, 1998-ci ildə Bakıda nəşr etdirdiyi “Bir ömrün salnaməsi” kitabında yazır:

“DTK”nın əməkdaşı Mityukov adlı kiçik leytenant “xüsusilə mühüm obyekt” sayılan Mingəçevirə təhkim edilmişdi. İşin qızğın vaxtı bir də gördüm ki, bacarıqlı mütəxəssislər bir-bir yoxa çıxır. Onlar “xalq düşməni” adı ilə 15-20 il türmədə yatıb çıxmış sənətkarlar idilər…

Maraqlandım ki, bu adamlar hanı? Dedilər ki, Mityukovun sözü ilə onları tutub Azərbaycan SSR DTK sədri Yemelyanovun zirzəmisinə saldılar.

Mir Cəfər Bağırov mənə tapşırmışdı ki, Mingəçevirdə nə çətinliyin olsa, mənə de.

…Yayın isti günləri idi. Bağırov əynində tor köynək, ayaq üstə dayanmışdı. Sumbatov-Topuridze, Teymur Quliyev, Teymur Yaqubov, Mərkəzi Komitənin katibi, inşaata baxan Qafarzadə, Padarov, daxili işlər naziri Atakişiyev, DTK-nın sədri Yemelyanov da içəridə idilər.

— Eşidirəm səni.

Dedim:

— Yoldaş Bağırov, Mingəçeviri nə mən tikirəm, nə də İslamzadə. Mingəçevir Azərbaycan xalqının, ölkənin köməyilə buraya gələn mütəxəssislərin sayəsində tikilir. Mingəçevir tikintiləri Azərbaycan xalqına nə qədər mənfəət verəcəksə, indi o qədər də ziddiyyətli, çətin işlərlə qarşılaşırıq. Biz belə hallara yol verə bilmərik. Çünki elə bir fəlakət baş verər ki, gördüyümüz işlər məhv olar.

— Nə deyirsən?!

Yuxarıda adını çəkdiyim adamların adlarını, onların başına gətiriləni dedim. Dedim ki, bir aydan çoxdur ki, onlar Bakıda həbsxanada yatırlar. Üzünün ifadəsindən anladım ki, bütün bunlardan xəbərsizmiş. Bağırov döndü Yemelyanova baxdı:

— İndi həmin adamlar orada yatırlar?

Yemelyanovu tər basdı, rəngi sapsarı saraldı.

— Yoldaş Bağırov, siz bilirsiz ki…-deyə kəkələdi.

Bağırov onun üstünə qışqırdı, ən pis sözlərlə onu söyə-söyə dedi:

— Bu gecə bütün o adamları yığırsan bir yük vaqonuna, paravozu qoşub göndərirsən inşaat meydanına. Onların əvəzinəsə bunu basırsan dama!-deyib əlilə məni göstərdi.

Mən də dodaqucu gülümsəyib dedim:

— Nə olar. Böyük mühəndislər getsin tikintiyə. Eybi yox, məni basın türməyə. Onların yerinə.

 

Bağırov qayıdıb kinayə ilə mənə belə dedi:

— Sultan bəy! Sən məni pis tanıyırsan!

Əvvəlcə başa düşmədim ki, bu “Sultan bəy” kimdir, bu kimi nəzərdə tutur. Sonralar bilmişəm ki, məni əsrin əvvəllərində Azərbaycana basqın edən ermənilərin yolunu kəsmiş məşhur laçınlı bəyə bənzədirmiş”.

Bəli, Mir Cəfər Bağırov üçün Kamran Hüseynovlar “Azərbaycana basqın edən ermənilərin yolunu kəsmiş” qəhrəman Sultan bəylər idilər. İyirminci əsrin son onilliyində isə Sultan bəylər — Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev, Vəli Məmmədov, Tofiq İsmayılov və başqaları vertolyot qəzasına uğradıldı, Rövşən Cavadovlar yox edildi.  Böyük Mirzə Fətəlinin Hacı Qarasının erməniyə dediyi sözlər yada düşür:  “Sizin qanınız çoxdan halaldır, amma bu zamanadək tökən olmuyub”.

1947-ci il oktyabr ayının əvvəllərində respublika prokuroru Xəlil Sədrəddin oğlu Əfəndiyev M.C. Bağırovun qəbulunda olarkən, belə bir məlumat vermişdir: Azərbaycan SSR Elmlər Akademiyasının sabiq elmi işçisi Köçəryan gizli yollarla Azərbaycan Respublikasının 163 ədəd atlasını mənimsəyərək Yerevana aparmışdır. Həmin xəritələr Ermənistan SSR-də “Tarixi Ermənistan” şəklinə salınmışdır.

M.C. Bağırov dərhal Azərbaycan SSR Elmlər Akademiyasının yeni təyin olunmuş prezidenti Yusif Məmmədəliyevi yanına çağırmış və ona tapşırmışdır ki, bu məsələni araşdırsın və Mərkəzi Komitəyə məlumat versin.

Beləliklə, respublika prokurorunun qaldırdığı cinayət işi M.C. Bağırovun dərkənarıyla Azərbaycan K(b)P MK-nın büro iclasının gündəliyinə düşmüşdür. Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 1947-ci il 14 oktyabr tarixli büro iclasının qərarında oxuyuruq:

  1. I. “Məmmədəliyev və Yaqubov yoldaşlara tapşırılsın ki, üç gün müddətində Dövlət Plan Komitəsinin və Elmlər Akademiyasının birlikdə hazırladıqları 163 ədəd coğrafi atlasın Azərbaycan SSR EA-nın keçmiş əməkdaşı Köçəryan tərəfindən mənimsənilməsinə aid materialları tərtib edərək, respublika prokuroru X. Əfəndiyev yoldaşa təqdim etsinlər.

 

  II.X.Əfəndiyev yoldaşa tapşırılsın ki, Azərbaycan SSR-in 970 min manat dəyərində coğrafi atlaslarını oğurlamış Köçəryan barədə cinayət işi qaldırsın, Köçəryanı Ermənistan SSR-dən tələb edərək, istintaqa başlasın.

Azərbaycan K(b)P MK katibi M.C. Bağırov”.

…Mir Cəfər Bağırov iş başında olsaydı, 1947-ci ildə Azərbaycanın coğrafi atlaslarını oğurlamış Köçəryan kimi, Azərbaycanın əzəli torpaqlarını Ermənistana birləşdirmiş Köçəryanı “üç gün müddətində” Bakıya gətirib məhkəməsini qurardı!

Bəs, M.C. Bağırov vaxtında köçəryanları dustaq vaqonunda Ermənistandan Azərbaycana gətirib cəzalandıran Xəlil Əfəndiyevin sonrakı taleyi necə olmuşdur? 1957-ci ilin may ayında o, Mərkəzi Komitənin qərarı ilə aşağı vəzifəyə keçirilmiş – “Qlavlit”in rəisi olmuşdur. 1962-ci il iyun ayının 1-də isə bu vəzifədən “işin öhdəsindən gəlmədiyinə görə” kənar edilmişdir…  Görəsən, həmişə işinin öhdəsindən layiqincə gələn Xəlil Sədrəddin oğlu Xəlilovu həmyerliləri — İsmayıllı rayonunun Sulut kənd sakinləri yada salırmı?

“Azərbaycan” qəzetinin 1999-cu il 12 noyabr sayında Azərbaycan prezidenti Heydər Əliyevin bir qrup yazıçı və şairi qəbul etməsi barədə geniş hesabat dərc olunmuşdur. Hesabatın bir yerində oxuyuruq:

“Heydər Əliyev:

— Məni yenicə birinci katib seçmişdilər — bir, yaxud iki ay idi. Ermənilər Daşkəsəndə, Bayan kəndində bir daşnak abidəsi qoymuşdular.

Bəxtiyar Vahabzadə:

— Yadımdadır, katibi də çıxardılar.

Heydər Əliyev:

— Oranın da birinci katibi gecə gəlib onu uçurub dağıtmışdı. Mən də cəmisi iki ay idi işləyirdim… Mən o katibi işdən çıxardım, qərar qəbul elədik”.

Bəli, daşnak abidəsini uçurub dağıtmış azərbaycanlı katib vəzifəsindən kənar edilmişdir. Bəs, daşnak abidəsini ucaldanlara niyə cəza verilməmişdir? Bu suala arxivdəki materiallar aydın cavab verir.

1969-cu il iyul ayının 27-də Daşkəsən rayonu Bayan kənd Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən kənd sakinlərindən birisinə aşağıdakı arayış verilmişdir:

 

“Verilir Mkrtıçyan Arşavir Makiçeviçə, ondan ötəri ki, o həqiqətən Azərbaycan SSR Daşkəsən rayonunun Bayan kənd sakinidir və kəndin ictimaiyyətinin tapşırığı ilə Moskva şəhərinə ezam olunmuşdur. Arayış tələb edildikdə təqdim olunur. Kənd sovetinin sədri Mkrtıçyan, Katibi Balayan”.

Mkrtıçyandan verilən arayışı tələb edən olmamışdır. Çünki o, Moskvaya “şanlı məktub” aparmışdır. Tanış olun:

“Sovet İttifaqı Kommunist Partiyası MK-nin baş katibi Leonid İliç Brejnev yoldaşa

Biz, Azərbaycan SSR-in Daşkəsən rayonu Bayan kəndinin sakinləri Böyük Vətən müharibəsində 600 qartal balamızı itirmişik. Onların xatirəsini əbədiləşdirmək üçün kəndimizin hazırda Ermənistanda yaşayan keçmiş sakinlərinin təklifi ilə abidə ucaltmaq qərara alınmışdır. Bu qərara Sovet İttifaqının başqa — başqa yerlərində hazırda yaşayan keçmiş bayanlılar da səs vermişlər. Üç il ərzində fasiləsiz inşaat aparılmışdır. Nəhayət, 1969-cu ildə tikinti başa çatdırılmış və abidənin açılışı sentyabr ayına təyin olunmuşdur.

Abidənin müəllifləri Ermənistan SSR əməkdar arxitektoru Rafael İsrailyan, Ermənistan SSR əməkdar memarı Aremik Arturyan dəfələrlə Bayanda olmuş, heykəlin layihəsini xalq ilə və yerli rəhbərlərlə razılaşdırmışlar. Abidənin yaxınlığında tarixi muzeyin də yaradılması nəzərdə tutulmuşdur.

Bizim dağ kəndimiz dağ qartallarını — əvəzsiz oğullarını itirmişdir. Bunu nəzərə alaraq, arxitektor və memar qanadlarını “oğul” deyə açmış ana qartalı 12 metr yüksəklikdə ucaltmışlar. Ana qartalın üç metr uzunluğundakı qanadlarında ölməzlik rəmzləri həkk olunmuşdur.

1969-cu il iyul ayının 26-da rayonun mərkəzi şose yolunun qırağındakı bu əzəmətli abidəni Daşkəsən rayon Partiya Komitəsinin birinci katibi Süleymanov yoldaş gecə saat iki tamamda darmadağın etmişdir. Əvvəlcə kəndin işıqları söndürülmüşdür, sonra da qaldırıcı kranla “Qartal” yerə endirilib parça — parça edilmiş, ayaq altına atılmışdır. Halbuki həmin qaldırıcı kranla “Qartal” 12 metr yüksəkliyə qaldırılmışdı.

Əziz Brejnev yoldaş! İyulun 26-sı gecə saat 3-dən bu günədək bu dəhşətli hadisədən bütün Bayan xalqı yas içindədir. Etiraz əlaməti olaraq heç kəs işə çıxmır.

Bayan kəndinin ictimaiyyəti Sizdən xahiş edir ki, Süleymanov xalqın məhkəməsi qarşısında cavab versin, xalq abidəsinin sökülməsinin baiskarı Sizin tərəfinizdən cəzalandırılsın və abidəmiz yenidən yüksəldilsin.

Vətən uğrunda həlak olmuş döyüşçülərin anaları, bacıları, arvadları və qızları adından:

Şuşanik Danilyan, Vartanuş Kosetyan, Armenik Babayan, Aşxen Aqanesyan, Karapet Babayan, Anuş Ayrapetyan, Telli Marqarityan və başqaları”.

Daşkəsənin Bayan ermənilərinin bəyanatını 1969-cu il avqust ayının 6-da almış Azərbaycan KP Mərkəzi Komitəsi avqustun 15-də aşağıdakı cavabı Kremlə göndərmişdir:

“Sizin 1969-cu il 6 avqust tarixli 118731 №-li məktubunuza cavab olaraq bildiririk ki, Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidənin dağıdılması barədə Azərbaycan SSR Daşkəsən rayonu Bayan kəndinin sakinləri tərəfindən yazılmış ərizələr yoxlanılmış və nəticələri Azərbaycan KP MK Bürosunda müzakirə olunmuşdur.

Abidə boz rəngli bazaltdan hazırlanmışdır, hündürlüyü 14 metrdir. Sütun şəklindəki abidənin baş fasadında qanadları aşağı sallanmış qartal əks edilmişdir, ölçüsü 3 metrdir.

Abidənin layihələşdirilməsi və qurulması ilə əlaqədar butün ilər Sov. İKP-nın, SSRİ Nazirlər Sovetinin “Heykəllərin və abidələrin layihələşdirilməsi və qurulması qaydası barədə” 1966-cı il 26 iyun tarixli qərarının və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1966-cı il iyul tarixli müvafiq qərarının tələblərini pozmaqla həyata keçirilmişdir.

Daşkəsən rayon Partiya Komitəsi və rayon İcraiyyə Komitəsi abidənin layihələşdirilməsinə və qoyulmasına nəzarət etməmişdir. Məsələyə Azərbaycan KP MK-nın Büro iclasında baxılmış, Büronun qərarı ilə Daşkəsən rayon Partiya Komitəsinin birinci katibi Süleymanova və rayon İcraiyyə Komitəsinin sədri Xocayana şəxsi uçot vərəqəsinə yazılmaqla töhmət elan edilmişdir. MK Bürosu Daşkəsən rayon Partiya Komitəsindən tələb etmişdir ki, Bayan kəndinin əhalisi arasında siyasi izahat işləri aparsın, abidədəki fiqurun dəyişdirilməsi zərurətini onlara çatdırsın və bildirsin ki, bununla əlaqədar abidənin bütün bərpa xərcləri dövlət hesabına ödəniləcəkdir.

Daşkəsən rayon Partiya Komitəsinin plenumunda və rayon Zəhmətkeş Deputatları Sovetinin sessiyasında Süleymanov və Xocayan tutduqları vəzifədən kənar edilmişlər.

Azərbaycan KP MK katibi S.KozIov”.

Bakı — Daşkəsən arasında 1969-cu ilin may — avqust aylarında olan yazışmalar bunu da göstərir ki, daşnakların nazı ilə oynamayan rayon rəhbəri mərkəzdəkilərin qəzəbinə gəlmişdir. Belə ki, Daşkəsəndə ayağı yer tutmuş hər bir erməninin şifahi şikayətinə görə də şəxsən birinci katibdən yazılı izahat tələb olunmuşdur. Bunlardan birisi ilə tanış olun:

“Azərbaycan KP Mərkəzi Komitəsinə

Sizin şifahi sorğunuza əsasən, Daşkəsən rayon partiya komitəsi bildirir ki, 1913- cü ildə təvəllüd tapmış, orta təhsilli, 1943-cü ildən Sov. İKP üzvü Mkrtıçyan Baqrat Arutyunoviç 1964-cü il iyul ayına kimi rayonumuzda yeni təşkil olunmuş Abovyan adına sovxozun direktoru vəzifəsində çalışmışdır. İşin öhdəsindən gəlmədiyinə görə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tutduğu vəzifədən azad edilmişdir.

Rayon Partiya Komitəsinin təklifilə Mkrtıçyan B.A. 1968-ci ilin iyul ayında rayonun kommunal təsərrüfatının direktoru vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 1969-cu ilin aprelinədək işləmişdir.

Rayon kommunal təsərrüfatının direktoru vəzifəsində işlədiyi müddətdə Mkrtıçyan yoldaş dəfələrlə raykoma müraciət edərək, xəstəliyi ilə əlaqədar işdən azad olunmasını xahiş etmişdir.

 

Hal — hazırda Mkrtıçyan yoldaş “Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyi”nin Daşkəsən rayon şöbəsində istehsalat xidməti stansiyasının rəisi vəzifəsində işləyir. Aylıq məvacibi 110 manatdır.

Mkrtıçyan yoldaş rayon partiya komitəsindən xahiş edir ki, onun rayonda yüksək rəhbər vəzifəyə keçirilməsi təmin olunsun. Biz Mkrtıçyan yoldaşı rayon partiya komitəsinə dəvət edərək ona izah etmişik ki, hazırda rayonumuzda ona layiq olan vakansiya yoxdur, boş yer olan kimi xahişinə əməl olunacaqdır.

                                                                                                                               Azərbaycan KP

                                                                                                         Daşkəsən Rayon Komitəsinin

                                                                                                                    Katibi H. Süleymanov.

                                                                                                                        22 may 1969-cu il ”

İyirminci əsrin salnaməçilərindən biri, doğruçu şahid Əli Əliyev “Əlincə yaddaşı: Naxçıvan -1914-1992” kitabında yazır:

“Xatirimə 1967-ci ildə Stepanakertin mərkəzi parkında üç nəfər azərbaycanlı gəncin yandırılması düşdü. Azərbaycanın o zamankı “millət ataları” hadisə yerində dərhal fəallar yığıncağı keçirdilər. Günahkarlar isə Azərbaycan məhkəməsi qarşısında durmadılar. Vilayət Partiya Komitəsinin birinci katibi Q. Melkumyan, İcraiyyə Komitəsinin sədri M. Ohancanyan Bakıya rəhbər vəzifələrə irəli çəkildilər”.

Müəllifin yazdıqlarını arxiv sənədləri də təsdiq edir:

1967-ci il iyul ayının 11-də Azərbaycan KP MK Bürosunun qərarı ilə töhmət almış Melkumyan Qurgen Allahverdoviç … 1971-ci ildə Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur! Azərbaycan KP MK Bürosunun 1967-ci il 11 iyul tarixli qərarında oxuyuruq:

“…Azərbaycan KP MK Bürosu belə hesab edir ki, Stepanakert şəhərində baş vermiş hadisələrə görə vilayət milis idarəsinin başçıları Poqosyan və Abramyan, vilayət şəhər Partiya Komitəsi katibləri Qalstyan və Movsesyan, Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin katibləri Melkumyan və Arutunyan, Dağlıq Qarabağ vilayət İcraiyyə Komitəsinin sədri Ohancanyan və onun müavini Baqdasaryan bilavasitə məsuliyyət daşıyırlar.

Azərbaycan KP MK Bürosu qərara alır:

Kadrların seçilməsində və yerləşdirilməsində yol verilmiş nöqsanlara görə ayrı — ayrı kommunistlərə, o cümlədən zəhmətkeşlərin beynəlmiləlçilik ruhunda tərbiyə işinə zərər vuran rəhbər kadrlara liberal münasibət göstərilməsində, ictimai asayişin təmin olunmasında, öz işlərinə səhlənkar münasibət bəsləyən prokurorluq və məhkəmə orqanlarına tələbkarlıqla yanaşmadıqlarına görə Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin katibi Melkumyan Q.A. yoldaşa və vilayət İcraiyyə Komitəsinin sədri Ohancanyan M.Q. yoldaşa töhmət elan olunsun.

 

 Azərbaycan KP MK katibi V. Axundov”.

Vəli Axundov 1969-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini vəzifəsində çalışarkən, onun haqqında Moskvaya böhtan dolu şikayət getdiyi vaxtlarda Melkumyan barəsində “şanlı məktub” göndərilirdi. Sən demə, Vəli Axundovun cəzalandırdığı Qurgen Melkumyan… mələk imiş! Azərbaycan KP MK tərəfindən Kremlə göndərilmiş xasiyyətnamə ilə tanış olun:

“Melkumyan Qurgen Allahverdoviçin xasiyyətnaməsi

Q.A. Melkumyan yoldaş 1915-ci ildə Azərbaycan SSR DQMV Hadrut rayonunun Daşbaşı kəndində anadan olmuşdur, Ali təhsillidir.

1937-ci ildən 1939-cu ilədək Hadrut rayon qəzetinin məsul katibi və məsul redaktoru olmuşdur. 1939-1945-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.

1945-ci ildən 1962-ci ilədək vilayət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1962-ci ilin sentyabr ayında Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibi seçilmis və hal — hazıra kimi bu vəzifədə işləyir.

Vilayət Partiya Komitəsinin birinci katibi işlədiyi müddətdə Q. Melkumyan yoldaş özünü prinsipial, tələbkar və siyasi cəhətdən yetkin bir rəhbər kimi göstərmişdir. Partiya təşkilatlarının, sovet və təsərrüfat orqanlarının fəaliyyətini vilayət qarşısında duran vəzifələrin yerinə yetirilməsinə məharətlə yönəldir. Bunun nəticəsidir ki, vilayətdə təsərrüfatda və mədəni quruculuq sahəsində gözə çarpan nailiyyətlər əldə olunmuşdur. Vilayət sənaye məhsulları üzrə beşillik planı 4 il 10 ayda yerinə yetirmişdir. Beşillik ərzində sənaye məhsullarının həcmi 2,3 dəfə artmış, əmək məhsuldarlığının artım sürəti isə 13,1 faizə çatmışdır. Beşillik plan tapşırıqları artıqlaması ilə yerinə yetirilmiş, dövlətə ət satışı 114,9, süd-100,9, yumurta -100, taxıl-135,3, üzüm-125,5, tərəvəz-112,2 faiz olmuşdur.

Q.A. Melkumyan yoldaş Azərbaycan KP MK Bürosu üzvlüyünə namizəddir, SSRİ Ali Sovetinin deputatıdır. Respublika fəalları və vilayətin zəhmətkeşləri arasında böyük nüfuz və hörmət qazanmışdır.

                 Azərbaycan KP MK katibi H. Əliyev”.

1967-ci ildə cəzalandırılmış Q.A. Melkumyan 1971-ci ildə “böyük nüfuz və hörmət qazanmış” və onun şərəfinə Azərbaycan KP MK Bürosu da öz tərkibini sayca artırmışdır. Sənədlərə diqqət yetirin:

     “Azərbaycan KP MK-nın 1971-ci il 12 mart tarixli plenumunun qərarından çıxarış.

      Protokol №1.

Azərbaycan KP MK Bürosu barədə

  1. Azərbaycan KP MK Bürosunun tərkibi 10 nəfər üzvdən, 3 nəfər namizəddən müəyyən edilsin.
  2. Melkumyan Qurgen Allahverdoviç yoldaş Azərbaycan KP MK Bürosu üzvlüyünə namizəd seçilsin.

 Azərbaycan KP MK katibi H. Əliyev.

1971-ci il mart ayının 24-də isə Azərbaycan KP MK-nın digər bir qərarı olmuşdur:

“Q. Melkumyan yoldaşın partiya cəzasının götürülməsi barədə

Azərbaycan KP MK bürosunun qərarı ilə 1967-ci il iyulun 11-də Q.A. Melkumyan yoldaşa verilmiş partiya cəzası — töhmət götürülsün.

Azərbaycan KP MK katibi H. Əliyev”.

1967-ci ildə Stepanakertdə ermənilər tərəfindən yandırılmış üç azərbaycanlının məzarı beləcə alışıb yanmışdır…

Azərbaycan torpağında azərbaycanlıların ölümünə bais olanların ilhamvericisinə isə Azərbaycan rəhbərlərinin qayğısı ildən — ilə artmaqda davam etmişdir. Bu qayğının təzahürlərindən biri də bundan ibarət olmuşdur ki, Melkumyan bir daha Azərbaycan KP MK Bürosuna — Bakıya Stepanakertdən zəhmət çəkib gəlməmişdir. O, paytaxtda rəhbər işə irəli çəkilmişdir.

Bu barədə Azərbaycan KP MK Bürosunun iki qərarı vardır:

1973-cü il 9 oktyabr və 1973-cü il 2 noyabr tarixli qərarlarda oxuyuruq:

“Q.Melkumyan yoldaş haqqında

Qurgen Allahverdoviç Melkumyan yoldaş Azərbaycan Həmkarlar İttifaqları ġurasının katibi vəzifəsinə tövsiyə edilsin”.

      Azərbaycan KP MK katibi H. Əliyev”.

    “Q.A. Melkumyan və S.İ. Beqlyarov yoldaşlar haqqında

Melkumyan Qurgen Allahverdoviç yoldaşın Azərbaycan Həmkarlar İttifaqları şurasının katibi vəzifəsinə təsdiq olunmasını və bu vəzifədən başqa işə keçirilməsinə görə

S.İ. Beqlyarovun azad edilməsi barədə AHİŞ-in təklifi qəbul edilsin.

Azərbaycan KP MK katibi H. ƏIiyev”.

Yetmişinci illərdə bir sıra azərbaycanlı ziyalıların altmış yaşına çatmamış rəhbər vəzifələrindən pensiyaya göndərilməsinə baxmayaraq, Melkumyan yetmiş yaşınadək vəzifəsində qalmışdır. Hətta AHİŞ sədri Lidiya Rəsulova onu pensiyaya yola salmağı təkbaşına həll etməmişdir. 1985-ci il oktyabrın 31-də AHİŞ sədri L. Rəsulovadan Azərbaycan KP MK-ya aşağıdakı məktub daxil olmuşdur:

“Azərbaycan Həmkarlar İttifaqları Respublika şurası pensiyaya çıxması ilə əlaqədar olaraq Qurgen Allahverdoviç Melkumyan yoldaşın AHİŞ katibi vəzifəsindən azad olunması təklifilə Sizə müraciət edir.

      AHİŞ sədri L. Rəsulova”.

Yetmişinci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmiş İsmayıl İbrahimov 1995-ci ildə “Səda” nəşriyyatı tərəfindən buraxılmış “Dövrüm haqqında” kitabında institut illərindən geniş söhbət açır. Müəllif yazır:  “Qırx altıncı ildə institut partiya təşkilatı katibinin müavini seçildim. Həmin il keçirilən hesabat — partiya iclasında institut partiya təşkilat katibi Ə. Məmmədovun əvəzinə Q. Sergeyev seçildi. Bu iclasda partkom tərkibinə irəli sürülən namizədlərdən institutun rektoru S.B. Qocayevin namizədliyi keçmədi. Ayrı — ayrı kommunistlərin çıxışları bir qənaətə şübhə yeri qoymurdu ki, kollektivdə bəzi işçilərin, ilk növbədə bir tərəfdən institut rektoru S. Qocayev və partkom Ə. Məmmədovun, digər tərəfdən P. Mosesovun başçılıq etdiyi marksizm — leninizm kafedrasının əməkdaşları arasında münasibətlər qaydasında deyil. Nəticədə nə Qocayev, nə də Məmmədov partiya komitəsi tərkibinə seçilmədilər”.

  1. Mosesov institutun rektoru, respublika ictimaiyyəti arasında pak və prinsipial insan kimi hörmət qazanmış Saleh Qocayev haqqında mənfi rəy oyatmaq üçün dəridən-qabıqdan çıxırdı. Mosesovun Qocayevə qarşı irəli sürdüyü  ittihamlardan biri də bundan ibarət idi ki, “Azərbaycan Sənaye İnstitutunda “xalq düşməni” uşaqları təhsil alır”. Bu “xalq düşməni” balasından biri də Əkrəm Şəkinski idi. Onun atası Məmmədəmin Əhməd oğlu Şəkinski həqiqətən 1918-ci ildə “Hümmət” təşkilatının Aşqabad komitəsinin məsul katibi olmuş, Gəncədə Müsavat ordusunda gizli partiya işi aparmışdı.

Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivində M.Ə. Şəkinskinin 1937-ci il fevralın 13-də öz dəst — xətti ilə yazdığı tərcümeyi — halını nəzərinizə çatdırıram:

“Mən, Məmmədəmin Əhməd oğlu Şəkinski, 1890-cı ildə Zakaspiyski vilayətinin Aşqabad şəhərində anadan olmuşam, əslən Nuxa şəhərindənəm. Anam saatsaz qızı olmuşdur. Atam kollecdə qeydiyyatçı işləmişdir. Səkkiz yaşınadək valideynlərimin yanında tərbiyə almışam. Sonra isə atam Nuxa şəhərinin başçısı vəzifəsində işləyərkən, mən 1909-cu ildə 1 №-li Tiflis gimnaziyası pansionuna göndərilmişəm. Burada 1917-ci ilədək təhsil almışam. Gimnaziyada oxuyarkən RSDF(b)P-nin “Hümmət” təşkilatı sıralarına daxil olmuşam. 1917-ci ildə “Hümmət” təşkilatı məni (5 №-li siyahı üzrə) Qars vilayətinə, Nuxa və Ağdaş şəhərlərinə təsis yığıncaqlarını keçirmək üçün ezam etmişdi. Ezamiyyət müddəti ay yarım çəkmişdi.

Tiflisə qayıtdıqdan sonra, pansionat bağlandığı üçün “Hümmət” təşkilatının razılığı ilə Aşqabada, atamın yanına getmişəm. Orada 1918-ci ildə İbrahim Əliyev (hazırda Dağıstanda işləyir), Cəlal Hacıyev ilə birlikdə “Hümmət” təşkilatının Aşqabad komitəsində çalışmışam. Komitənin məsul katibi və Aşqabad Sovetinin üzvü kimi türk yoxsullarının partiyamıza qəbul olunması sahəsində və Sovet hakimiyyəti qurulması uğrunda fəal iştirak etmişəm.

1918-ci ilin yayında Aşqabadda Sovet hakimiyyəti süqut etdikdən sonra “Hümmət” sədrinin müavini Cəlal Hacıyevin köməyi ilə Azərbaycana gəlmişəm…”.

Şəkinski izahatında Müsavat ordusunun əsgəri olmasından da geniş söhbət açır.

“Qızıl Ordunun tərxisindən sonra bu işlərdə olmuşam: Bakı Şəhər Maarif Şöbəsi müdirinin müavini, Bakı Şəhəri Milis Şöbəsi inzibati idarəsinin rəisi, Bakı Şəhər Soveti Təşkilat Şöbəsinin müdiri (bir ay), Azərbaycan SSR prokurorunun köməkçisi, Qala — Maştağa rayon sovetinin sədri, Quba qəza icraiyyə komitəsinin sədri, Azərbaycan Siyasi İdarəsi yanında baş milis rəisi müavini, Yevlax pambıq kombinatının direktoru, Yevlax qəsəbə sovetinin, Yevlax rayon icraiyyə komitəsinin sədri.

1920-ci ildə Bakı ikinci gimnaziyasını bitirmişəm. Qayınatam ruhani olduğundan səs hüququndan məhrum idi və mənim onunla heç bir əlaqəm olmamışdır.

Diviziya komissarı kimi rayon hərbi komissarlığının qeydiyyatındayam, 1931-ci ildə Novoçerkasski yaxınlığında hərbi hazırlıq təlimində olmuşam”.

…Mir Cəfər Bağırov keçmiş “Müsavat əsgəri”ni yaxşı tanıyırdı. Onun geoloq olmaq istəyən oğlunun adını Bakı metrosunun tunel tikintisində işləyən gənclərin siyahısında görəndə sevinmişdi. P. Mosesovun isə bunlardan xəbəri yoxdu.

1951-ci ilin mart ayı. Mosesovun gözləri mühazirə zamanı orta cərgədə əyləşmiş Əkrəmin əlindəki kağıza sataşır. Danışa — danışa ona yaxınlaşır:

— Nə oxuyursan, ver bura!

— Müəllim, bunun sizin fənninizə dəxli yoxdur.

— Necə? Dəxli yoxdur deyirsən?!

Əkrəm əlindəki kağızı şalvarının cibinə qoyur. Bütün tələbələr bu qeyri — adi səhnəni izləyir. Qəfil sillə səsi eşidilir. Əkrəm müəllimə qəzəblə baxa — baxa mühazirə zalını tərk edir. Elə bu vaxt zəng çalınır.

Martın 30-da baş vermiş hadisəni partiya təşkilatında gizlətməyə çalışsalar da, institutun rektoru Saleh Qocayev dərhal bu barədə şəxsən Mir Cəfər Bağırova xəbər verir. Mosesov özünü xəstəliyə vurur, işə çıxmır. Az.Sİ-nin kommunistləri arasında belə bir şayiə yayılır ki, guya Bağırov yoldaş deyib ki, “xalq düşməninin oğluna sillə vuran müəllim cəzalandırıla bilməz”.

 

Akademik İsmayıl İbrahimov yuxarıda adını çəkdiyimiz kitabında o günləri belə xatırlayır:

“Əlli birinci ildə institut partiya yığıncağı ərəfəsində səhərdən hesabat hazırlamaqla məşğuldum. Saat 11-ə 20 dəqiqə işləmiş ilk ikisaatlıq məşğələ başa çatanda partiya komitəsinə əsəbi halda marksizm — leninizm kafedrasının müdiri, professor Petros Mosesov girib, həyəcanla mənə söyləyir ki, auditoriyada bir tələbənin şübhəli kağız — kuğuz oxuduğunu görüb, ona yanaşır, yazını göstərməyi tələb edir, tələbə boyun qaçıranda professor ona sillə vurur.

Mən onu sakitləşdirib kafedraya yolladım, özüm də oturub götür — qoy eləməyə başladım ki, nə əncam görüm. Şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, indi də böyük hörmət bəslədiyim bizim Nəsir İmanquliyevə telefonla zəng vurub baş vermiş əhvalatı söylədim. Bir neçə dəqiqədən sonra şəhər komitəsinin ideologiya üzrə katibi Yakov Zevin mənə zəng vurur:“ Baş vermiş həngamə münasibəti ilə təbrik edirəm, — deyir. -Partkomun təcili iclasını çağırıb məsələni müzakirə etmək lazımdır. Gərək ki, o, Mosesovun, hətta partiyadan çıxarılmasının vacibliyini nəzərimə çatdırdı… Məsələni çox çək — çevir edib, P. Mosesovun partiyadan xaric edilməsini rəva bildik. Saat dörddə hesabat — seçki yığıncağı başlandı. Kommunistlər Mosesov haqqında qərarımızı bəyəndilər. Amma onun özü yox idi. S.M. Kirov adına Fizioterapevtik İnstitutunda yatağa düşmüşdü. Həmin müalicəxananın baş həkimi Gevorkov idi.

Az sonra Mosesov stasionardan çıxıb işə qayıtdı. Onun şəxsi işinə raykomun bürosundə baxıldı. Məsələ başqa yön aldı. O vaxt raykomun birinci katibi olan Qulam Həsənzadə mənə xəbər verdi ki, M.C. Bağırovun göstərişinə görə P. Mosesov partiyadan çıxarılmayacaq, çünki elə günah işlətməyib, yəni onun  vurduğu tələbə “xalq düşməni” sayılan Bakı şəhər milisinin sabiq rəisi Məmmədəmin Şəkinskinin oğludur.

Bu əhvalatdan agah olan P. Mosesov məsələ müzakirəyə qoyulanda açıq — aydın S. Qocayevlə haqq — hesab çürütmək niyyətilə institutdakı vəziyyəti özü istədiyi kimi qiymətləndirdi. Bizim təklifimizlə protokolda qərar belə şəkildə qeyd olunur ki, Mosesov partiyadan kənar edilməyə layiqdir, lakin səhhətini nəzərə alaraq, ona uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət verilsin”.

Arxiv sənədləri göstərir ki, Mir Cəfər Bağırov Məmmədəmin Şəkinskinin oğluna sillə vuran professor Mosesova güzəştə gedənlərin hamısının səhvini vaxtında düzəltmişdir. Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 1951-ci il 21 aprel tarixli büro iclasının qərarında deyilir:

“M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm — leninizm kafedrasının müdiri Mosesov P.B. barəsində  M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm — leninizm kafedrasının müdiri Mosesov P.B. kafedranın işinə rəhbərliyi təmin etmədiyinə və sovet pedaqoqu adına yaraşmayan hərəkətə yol verdiyinə görə vəzifəsindən kənar edilsin.

ÜİK(b)P MK-dan bu qərarın təsdiq olunması xahiş edilsin.

Azərbaycan K(b)P MK-nın katibi M.C. Bağırov”.

Mir Cəfər Bağırovun imzaladığı məktubla bir vaxtda Moskvaya Mosesova haqsız cəza verilməsinə dair şikayət məktubları da çatdırılmışdır. 1951-ci ilin may ayında ÜİK(b)P MK-nın elm və ali məktəblər şöbəsinin müdiri A.A. Jdanov Azərbaycan K(b)P MK-dan Mosesovun vəzifəsindən kənar edilməsilə əlaqədar ətraflı məlumat göndərməyi xahiş etmişdir. Cavab məktubunu M.C. Bağırovun tapşırığı ilə Azərbaycan K(b)P MK katibi Həsən Həsənov may ayının 10-də göndərmişdir. Məktubda deyilir:

“ÜİK(b)P MK-nın elm və ali məktəblər şöbəsinin müdiri

       A.A. Jdanov yoldaşa

  1. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm — leninizm kafedrasının müdiri professor Mosesov P.B. ciddi nöqsanlara yol vermiş və ondan tələb edilmişdir ki, özünün pedaqoji və elmi fəaliyyətində əsaslı dönüş yaratsın.

1949-cu il aprelin 12-də Azərbaycan K(b)P MK bürosunda M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu marksizm — leninizm kafedrasının işi müzakirə olunarkən qeyd olunmuşdur ki, kafedranın müdiri Mosesov P.B. kafedraya zəif rəhbərlik edir, bunun nəticəsidir ki müəllimlərin mühazirələrində olduqca ciddi siyasi qüsurlara yol verilir.

…Professor Mosesov P.B. nəinki Azərbaycan K(b)P MK-nın və Bakı Komitəsinin göstərişlərini qulaqardına vurmuş, hətta bu il mart ayının 30-da sovet alimi adına yaraşmayan hərəkət etmişdir: institutun iki fakültəsinin birgə məşğələsində mühazirə zamanı geoloji kəşfiyyat fakültəsinin tələbəsinə sillə vurmuşdur.

Azərbaycan K(b)P MK bürosunun 1951-ci il 21 aprel tarixli qərarı ilə Mosesov P.B. kafedranın işinə rəhbərliyi təmin etmədiyinə və sovet pedaqoqu adına yaraşmayan hərəkətə yol verdiyinə görə Az.Sİ-nin marksizm — leninizm kafedrasının müdiri vəzifəsindən kənar edilmişdir.

Professor Mosesovun ləyaqətsiz davranışı məsələsinə Az.Sİ-nin partiya komitəsinin iclasında baxılmış və onun ÜİK(b)P sıralarından xaric olunması barədə qərar qəbul edilmişdir.

İnstitutun ilk partiya təşkilatı Mosesov xəstə yatdığından bu məsələyə hələlik baxmamışdır”.

Protokoldan çıxarışı Mir Cəfər Bağırov imzalamışdır. Mosesov və Mosesov kimilər bu imzanın çəkildiyi qərarın Kreml tərəfindən ləğv olunmasında aciz idilər.

Mir Cəfər Bağırov “Müsavat əsgəri” Məmmədəmin Şəkinskinin oğluna sillə vuran erməni professoru bağışlaya bilməzdi! Bunu Mir Cəfər Bağırovdan sonrakı Azərbaycan rəhbərləri etdilər. Bu barədəki sənədlərə diqqət yetirin:

“Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 1954-cü il 12 fevral tarixli büro iclasının protokolundan çıxarış

P.B. Mosesov yoldaşın S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti marksizm — leninizm kafedrasının müəllimi təsdiq olunması haqqında

1925-ci ildən ÜİK(b)P üzvü, partiya bileti № 4704944, Petros Baqdasaroviç Mosesov yoldaşın S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti marksizm — leninizm kafedrasının müəllimi təsdiq olunması barədə ADU-nun rektorunun təklifi qəbul edilsin.

          Azərbaycan K(b)P MK katibi T. Yaqubov”.

1954-cü ilin sentyabr ayında Azərbaycan KP MK-nın elm və mədəniyyət şöbəsinin müdiri A. Bayramovun adına Mosesov barədə iki məktub daxil olmuşdur.

Azərbaycan SSR maarif naziri M. Məmmədovun sentyabrın 15-də imzaladığı məktubda oxuyuruq:

“Azərbaycan SSR Maarif Nazirliyi tarix elmləri doktoru, professor Petros Baqdasaroviç Mosesovun M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu marksizm — leninizm kafedrasının müdiri vəzifəsinə təsdiq olunmasını Sizin müzakirənizə təqdim edir.

P.B. Mosesov yoldaşın şəxsi işi əlavə olunur”.

Mosesovun işlədiyi ADU-dan isə MK-ya xasiyyətnamə təqdim edilmişdir.

Üç il əvvəl Azərbaycan Sənaye İnstitutundan qovulmuş müəllim xasiyyətnaməsində mələk donunda təqdim edilir: “Mosesov Petros Baqdasaroviç milliyyətcə ermənidir, 1925-ci ildən Sov.İKP üzvüdür.

P.B. Mosesov yoldaş elmlər doktoru və professor, Sov.İKP tarixi sahəsində yüksək ixtisaslı alimdir. O, 1949-cu ildən hal — hazıra kimi Universitetdə marksizm — leninizm fənnindən dərs deyir. 1930-cu ildən ali məktəb müəllimidir.

P.B. Mosesovun mühazirələri və seminar məşğələləri yüksək ideya — nəzəri səviyyədə keçirilir. Onun bilavasitə elmi rəhbərliyi ilə respublikanın bir sıra gənc mütəxəssisi dissertasiya yazıb müdafiə etmişdir.

Professor Mosesov böyük elmi — tədqiqat işi aparmaqla yanaşı, aspirantlara və dissertantlara səmərəli rəhbərlik edir.

P.B. Mosesov yoldaş Sov.İKP tarixini təkbaşına öyrənənlərin məsləhətçisi, Azərbaycan KP Voroşilov Rayon Komitəsinin mühazirəçilər qrupunun rəhbəridir.

Xasiyyətnamə Azərbaycan KP MK-nın elm və mədəniyyət şöbəsinə təqdim olunur”.

Mərkəzi Komitənin elm və mədəniyyət şöbəsinin müdiri A. Bayramov yoldaş Mosesovu yeni vəzifəyə təyin etmək üçün şəxsi işini deyil, xasiyyətnaməni əsas götürmüşdür. Niyə? Çünki onun şəxsi işində… 1942-ci ildə töhmət alması barədə də məlumat vardır. Bu cəzanı da ona Mir Cəfər Bağırov vermişdir. Tanış olun:

“Azərbaycan K(b)P MK Bürosu iclasının 1942-ci il 29 iyun tarixii 241 №-li protokolundan çıxarış

      P.B. Mosesov tərəfindən partiya sənədinin itirilməsi haqqında Azərbaycan K(b)P Voroşilov Rayon Komitəsi tərəfindən verilmiş 28988715 №-li partbiletini itirdiyinə görə Mosesov Petros Baqdasaroviçə töhmət elan edilsin.

Azərbaycan K(b)P MK katibi M.C. Bağırov”.

Bəli, M.C. Bağırov Azərbaycan rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra vəzifədə olan ermənilər kimi daşnak professorun da yolunda yaşıl işıq yandırılmışdı. O, Azərbaycan Dövlət Universitetində işləməklə yanaşı, həm də M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda marksizm — leninizm kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Respublika “Bilik” Cəmiyyəti Rəyasət Heyətinin üzvü və İdarə Heyətinin sədr müavini seçilmişdir. Dəfələrlə xarici ölkələrə elmi ezamiyyətə göndərilmişdir. Hətta uzaq Kubada mühazirələr oxumuşdur.

Azərbaycan Dövlət Universitetinin rektoru Faiq Bağırzadə və partiya komitəsi katibinin müavini Qurban Bayramov tərəfindən imzalanmış xasiyyətnamədə deyilir ki, P.B. Mosesov respublikamızda ilk tarix elmləri doktorudur, “1917-1920-ci illərdə Azərbaycanda vətəndaş müharibəsi” mövzusunda dissertasiya müdafiə etmişdir…”

Daşnak professor əcnəbi ölkələrin tələbələri qarşısında oxuduğu mühazirələrində Bakıda baş verən hadisələri erməni mənbələrinə əsaslanaraq qiymətləndirmişdir, 1918-ci il mart faciəsini “müsavatçıların Sovet hakimiyyətinə qarşı qiyamı” kimi qələmə vermişdir. Bütün bu elmi — pedaqoji fəaliyyətinə görə orden və medallarla təltif edilmişdir. 1975-ci ilin dekabrında isə anadan olmasının 70 illiyi geniş bayrama çevrilmişdir. 1977-ci il avqust ayının 3-də isə Sov.İKP MK  Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H.Ə. Əliyev belə bir qərara imza atmışdır:

“P.B. Mosesov yoldaşa Azərbaycan SSR əməkdar elm xadimi fəxri adının verilməsi barədə

 

Tarix elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti Sov.İKP tarixi kafedrasının professoru Petros Baqdasaroviç Mosesov yoldaşa Azərbaycan SSR əməkdar elm xadimi fəxri adı verilsin.

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin bu məsələyə dair fərmanının layihəsi (əlavə olunur) bəyənilsin”.

… Naxçıvan MSSR maarif komissarı, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi və digər vəzifələrdə işləmiş Əli Əliyev 1997-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən buraxılan “Əlincə yaddaşı: Naxçıvan — 1914-1992” kitabında yazır: “1966-cı ildə erməni yazıçısı Marietta Şaginyan Moskvadan “Volqa” avtomobilində Avropaya səyahətə çıxır. Fransanın paytaxtı Parisdə olarkən, kommunarların dəfn olunduğu qəbiristanlığa gedir, orada Andronikin at üstündəki heykəlini ziyarət edir.

Moskvaya qayıdandan sonra “İzvestiya” qəzetində Avropa təəssüratları barədə dalbadal səkkiz xatirə — yazı çap etdirir. Məqalələrin ən sanballısını Andronikə həsr etmişdi. Şaginyanın bu hərəkəti mənə bərk toxunmuşdu. Necə deyərlər, isti — isti “İzvestiya” qəzetinin redaksiyasına və Şaginyana məktub yazıb, Andronikin Azərbaycanda törətmiş olduğu cinayətləri, vəhşilikləri canlı faktlar əsasında şərh etdim. Hər iki məktubuma cavab gəldi. Şaginyan mənə belə yazmışdı (məktublarıma aldığım cavablar şəxsi arxivimdə saxlanılır):  “Mən Moskvada anadan olmuşam. Androniki tanımıram, qəbiristanlıqda at üstə əzəmətli bir heykəl görüb qələmə aldım”.

O vaxtlar Əli Əliyev Naxçıvan Vilayət Partiya Komitəsində çalışırmış. Güman edirmiş ki, Andronikin Azərbaycanda törətdiyi cinayətləri cəsarətlə M. Şaginyana yazdığına görə rəhbər işçilər onu müdafiə edəcəklər. Əfsuslar olsun ki… Müəllif başına gətirilənləri belə nəql edir:

“Vətənpərvərlik hisslərimi, vətəndaşlıq borcumu açıq nümayiş etdirdiyimə görə, bəzi “ağzıgöyçək” rəhbər yoldaşlara sözün düzünü dediyimə görə əleyhimə açıq — gizli təbliğat aparılırdı…  Qərəz, günlər keçir, zamanın dəyirmanı özü bildiyini özü bildiyi kimi “üyüdürdü”. Axır, nəhayət, mənim Ali Sovetdən uzaqlaşdırılmağıma “yol” tapıldı. 1967-ci ilin avqust ayında Vilayət Partiya Komitəsinin birinci katibi Hacıağa İbrahimov məni yanına çağırdı: “APİ-nin Naxçıvan filialı açılır və sizi ora rektor məsləhət görmüşük”-dedi. “

…Əli Əliyev yuxarıda adını çəkdiyimiz kitabında daha sonra yazır: “70-80- ci illərdə Zaqafqaziya respublikalarının ensiklopediyalarında Zəngəzur, Naxçıvan qırğınları, Andronikin, Amazaspın, Ovsepyanın və onlarla digər erməni  generallarının əməlləri ört — basdır edildi, bu əməliyyatlara bilavasitə rəhbərlik edən bolşevik təşkilatının, Bakı Kommunasının xidmətləri şişirdildi, qardaş qırğınına son qoymağa çalışan Türkiyə işğalçı dövlət kimi qələmə verildi. 60-70-ci illərdə “Kommunist” qəzetinin, necə deyərlər, “qoltuğuma verib” geri qaytardığı yazılarımı Naxçıvanın “Şərq qapısı” qəzetində çap edirdilər. Təsəvvür edin ki, “Cəmşid bəy Naxçıvanski” adlı məqaləmi “Kommunist” qəzetində Hayro Sərkisova “rəyə veriblər”. Gəlib müraciət edəndə ki, materialın aqibəti nə vəziyyətdədir? Mənə açıqca bildirdilər:

“Çap edə bilməyəcəyik, vəssalam!”

Arxiv sənədləri göstərir ki, Hayro Sərkisov Azərbaycan mətbuatının “Petros Mosesovu” olmuşdur. Hələ 1940-cı ildə o, “Bakinskiy raboçiy” qəzetinin redaktor müavini vəzifəsində işləyərkən Mərkəzi Komitə tərəfindən töhmət almışdır. Qərarı M.C. Bağırov imzalamışdır.

 

Yetmişinci illərdə “Kommunist” qəzetinin “Azərbaycan tarixi üzrə məsləhətçisi”, “Cəmşid bəy Naxçıvanski” kimi yüzlərlə dəyərli yazıların işıq üzü görməsinə imkan verməmişdir. Bəs Sərkisovların ilhamvericiləri kimlər olmuşlar?

“Kommunist” qəzetinin Sərkisov ənənələrini bəzən davam etdirən “Xalq qəzeti” bu gün də xalqımızın əzəli düşmənlərinin sözlərini oxucularına çatdırır. Qəzetin 2002-ci il 26 mart sayında Sərkisovlar sülaləsindən olan Sərkisyanın narahatlığı belə ifadə olunur: “Azərbaycanda bəzi siyasətçilərin “əgər problem sülh yolu ilə aradan qaldırılmasa, məsələni hərbi yolla həll etmək lazımdır” çağırışları adamları son dərəcə gərgin vəziyyətdə saxlayır. Hər dəfə Qarabağdan söhbət düşəndə, axırı gəlib müharibə məsələsinə çıxır və dua edirlər ki, Heydər Əliyev sağ — salamat olsun. Dağlıq Qarabağ camaatı münaqişənin sülh yolu ilə həllində Heydər Əliyevə ümid bəsləyir və inanır ki, əgər o, hakimiyyətdən getsə, müharibə ehtimalı çoxalacaqdır”.

Sərkisyanın “babası” Sərkisov isə 1954-cü ildə Dağlıq Qarabağ Vilayət Komitəsinin təbliğat üzrə katibi vəzifəsində işləyərkən, zəhmindən daşnakların tir — tir əsdikləri Azərbaycan rəhbərindən “zəncir çeynəyirdi”: “1949-cu ildə Moskvaya Ali Partiya Məktəbinə getmək ərəfəsində Bağırov məni qəbul etdi və bunları tapşırdı: ““Oktyabr” jurnalında Şaginyanın məqaləsini oxu. Axı o, Azərbaycandan nə istəyir? Gəncə kəndlərinin Ermənistana birləşdirilməsi nə deməkdir?! “Literatumaya qazeta” da Şaumyanın oğlu — Levon Şaumyan işləyir. O da Şaginyanı müdafiə edir. Moskvada Mərkəzi Komitənin mətbuat bölməsinə gedərsən. Orada Vahan Qriqoryan işləyir. Bunları ona çatdırarsan.”

Mən Moskvada olarkən Bağırovun verdiyi tapşırığa əməl etmədim. Çünki Marietta Şaginyanın və Levon Şaumyanın günahkar olduğunu dərk etmirdim”,

…Sərkisyan dua edir, Sərkisov lənət yağdırır. Bəs zaman nə deyir?…

(Teyyub Qurban, “Düşmənlərindən Güclü Şəxsiyyət”, 1-ci kitab, səh.165 – 187)

 

    

Стандартный

55

Mir Cəfər Bağırov və AMEA

II hissə

Mirəsədulla Mirqasımov

Mir Cəfər Bağırov yaşca ondan böyük olan Mirəsədulla Mirqasımova xüsusi hörmət və ehtiram bəsləyirdi. Bunun çoxları üçün müəmmalı görünən bir səbəbi də vardı: Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti

Azərbaycanın ən məşhur seyidi Mir Mövsüm Ağanın qohumu idi.

Qeyd etmək lazımdır ki, M.C. Bağırov Mir Mövsüm Ağaya və onun nəslindən olan şəxsiyyətlərə həmişə qayğıkeşlik göstərmiş, onların bir çoxunu Allahsız Sovet rejimi qanunlarının ziddinə olaraq məsul vəzifələrə irəli çəkmişdir. Diqqət yetirin: Azərbaycan Demokratik Cümhuriyyətinin Şeyxülislamı Axund Ağa Əlizadə M.C. Bağırovun vaxtında da Azərbaycan SSR-in Şeyxülislamı olmuşdur. Onun nəvəsi Məsud Əlizadə Azərbaycan gənclərinin lideri kimi şöhrətlənmiş, fəqət Şıxəli Qurbanovdan sonra o da aradan götürülmüşdür.

Azərbaycanın ilk hərbi təyyarəçi qadını Züleyxa xanım Seyidməmmədova da bu zəkalılar nəslinin nümayəndəsidir. M.C. Bağırovun şahin oğlu Cahangirlə yaşıd olan cəsur seyid qızı əfsanəvi həyat yolu keçmişdir. Qartal kimi qanadlanıb səmalara baş vurmaq arzusu onu yeniyetməlik çağlarında Bakı aeroklubunun müdavimi etmişdir. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirsə də, mühəndis qızın xəyalı göylərdə cövlan etmişdir. M.C. Bağırovun atalıq qayğısı bu xəyalları həqiqətə çevirmişdir. 1941-ci ildə Jukovski adına Hərbi Hava Akademiyasını müvəffəqiyyətlə bitirən 22 yaşlı azərbaycanlı qız düşmənlə əlbəyaxa döyüşə öz döyüş təyyarəsində yollanmış, M.C. Bağırovun şəhid oğlunun  da intiqamını almışdır. Müharibəni qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini vəzifəsində başa vurmuş, Azərbaycana “Vətən müharibəsi” ordeni ilə qayıtmışdır.

Züleyxa xanım müharibədən sonra M.C. Bağırovun xeyir — duası ilə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə irəli çəkilmiş, sonra Azərbaycan KP MK-da işləmiş və respublikanın uzun illər ictimai təminat naziri olmuşdur. Ağbirçək yaşında dünyasını dəyişmişdir.

M.C. Bağırov iş başında olsaydı, Azərbaycanın ilk hərbi təyyarəçi xanım — xatun övladının cənazəsini öz çiynində Bakının baş fəxri qəbristanlığına aparardı. Dəfndən qayıdandan sonra mərhumənin xatirəsini əbədiləşdirmək üçün qərar verərdi. Azərbaycandakı hərbi ali məktəblərdən, mərkəzi küçələrdən, Bakı meydanlarından birisi xalqımızın şahin qızının adını daşıyardı. Rəhmətliyin yaşadığı binanın qarşısında üzərinə barelyefi həkk olunmuş xatirə lövhəsi görünərdi…

Son illər mətbuat səhifələrində M.C. Bağırov və Mir Mövsüm Ağa münasibətlərindən maraqlı materiallar dərc olunmuşdur. “Həftə” qəzetinin 1998-ci il 5 dekabr tarixli sayında İradə Əsədovanın “Ətağa möcüzələri” adlı yazısı dərc edilmişdir. Məqalədə oxuyuruq: “NKVD-dən xeyli milis və hərbçilər gəlirlər. Ağanı kresloda küçəyə çıxarırlar ki, maşına mindirsinlər. Bütün İçəri Şəhər əhalisi ora yığışıb bu vəziyyətə ağlayırdı. Ağa mindirilən maşını nə qədər əlləşirlərsə, işə sala bilmirlər. Rəislər öz işçilərini nə qədər töhmətləndirsələr də, bir şey çıxmır. Axırda Ağa özü çıxış yolunu göstərib deyir ki, məni öz faytonumda aparın. Bundan xəbər tutan M.C. Bağırov Yemelyanovu ora göndərir. Nə qədər əzazil olsa da, Ağanın qabağında əyilməyə məcbur olur. Ağanı tez maşından düşürüb evinə aparırlar.

Yemelyanov öz işçilərini qovub içəri girir və Ağadan üzr istəyir. Bildirir ki, onu M.C. Bağırov göndərib. Azərbaycanda nə qədər Bağırov var, heç kəs ona yaxın düşə bilməz”.

Qəribədir ki, buna bənzər bir möcüzə 2000-ci il oktyabrın axırlarında Musa Nağıyev adına xəstəxanada baş vermişdir Əhvalat belə olmuşdur: Xəstəxananın cərrahiyyə kafedrasının müdirinə göstəriş verilir ki, otağın hündür divarına vurulmuş portret çıxarılsın. Bir həkim nərdivan gətirir, bir həkim də nərdivana qalxıb çərçivəyə salınmış portreti çıxarıb küncə qoyur. Ertəsi günü şəkli çıxaran həkim işə gəlmir. Qara xəbər gəlir — qəfildən vəfat etmişdir. Nərdivan gətirənin isə dəfndən evə qayıdarkən ayağı burxulur… Bunların şahidi olan “göstərişçi” portreti öz yerindən asdırır.

Bəli, Mir Mövsüm Ağa cəddini yaşatmış məşhur Azərbaycan cərrahı Mirəsədulla Mirqasımov müqəddəslik rəmzidir. 62 yaşında Azərbaycan Elmlər Akademiyasmın ilk prezidenti seçilmiş bu əvəzsiz insanın ömrünü göz önündə canlandıraq: uşaqlıqda Məhəmməd Əmin Rəsulzadə kimi ruhani məktəbində oxumuş, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Əsrimizin əvvəllərində “İsmailiyyə” binasının necə ucaldığının şahidi olmuşdur. Azərbaycanın maarifpərvər xeyriyyəçiləri Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev ilə görüşüb söhbət etmişdir…

1950-ci il noyabrın 17-də Mir Mövsüm Ağa keçinəndə onun başı üstündə olmuşdur. Ağanın cənazəsi Binədən Şüvəlanadək çiyinlərdə aparılmışdır. Birinci cümə axşamı M.C. Bağırov Mirəsədulla Mirqasımovla birlikdə Mir Mövsüm Ağanın məzarı başına gəlmişdir. SSRİ Ali Sovetinin iki mötəbər deputatının bu ziyarətindən nə MK-dakılar, nə də DTK-dakılar xəbər tutmuşlar.

Təəssüflər olsun ki, kitabxanalarımızda Azərbaycan elminin vicdanı M. Mirqasımov haqqında ədəbiyyat siyahısı çox məhduddur. Son 30 ildə onun həyat və yaradıcılığından yazan müəllif isə qəhrəmanın sədaqətli tələbəsidir. Uzun illər M. Mirqasımovla bir yerdə işləmiş Rauf Şahbazov 1996-cı ildə “Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti” kitabını oxuculara təqdim etmişdir. Bir ildən sonra isə əlavələrlə birlikdə kitab rus dilində “Elm və həyat” nəşriyyatında çap olunmuşdur.

88 səhifəlik əsərdə romanlara sığışacaq dolğun həyat materialı vardır. M. Mirqasımovun tərcümeyi — halına aid kitabda verilmiş konkret faktlara diqqət yetirin: M. Mirqasımov 6 dili mükəmməl bilmişdir — türk, rus, fars, ərəb, alman, fransız dillərini. “Şahnamə”ni fransızca, “Faust”u almanca oxumuşdur. Ona görə də 23 yaşında Balkan ölkələrini və Qərbi Avropanı səyahət edərkən dilmanca ehtiyacı olmamışdır. Novorossiysk Universitetinin tibb fakültəsində oxuyarkən, həm də sanitar işləmiş və mütərcimlik etmişdir. Beşinci kurs tələbəsi Odessada balıq ovlayan gəmidə həkim köməkçisi kimi işə girmişdir. Odessadan Uzaq Şərq, Kamçatka və Yaponiyayadək səfərdə olmuşdur. Qayıdanbaş gəmi qəzaya uğramış və 50 gün sahilə yan ala bilməmişdir. Bu çətin məqamda gənc Mirəsədulla cəddini köməyə çağırmış, gəmi sağ — salamat Oxot dənizi sahilinə çıxmışdır. Gəminin heyət işçiləri arasında malyariya və başqa xəstəliklərə tutulanların xilaskarı gənc türk həkimi Mirəsədulla olmuşdur.

Kitabda M. Mirqasımovun ailəsi və yaxın qohumları barəsində də yadda qalan məlumatlar vardır. Atası Mir Ələsgər Şüvəlanda ixtiyar yaşlarında, 1924-cü ildə vəfat etmişdir. Anası Seyidxanım 93 yaşında dünyasını dəyişmişdir.

  1. Mirqasımovun qardaşı Mir Zeynalabdin Müsavat hökuməti tərəfindən xaricə təhsil almağa göndərilən 100 nəfər gənc arasında olmuşdur. Fransanın Sorbon Universitetinin elektrotexnika fakültəsini bitirmişdir. 1928-ci ildə Parisdə vəfat etmişdir.
  2.   Mirqasımovun ömür — gün yoldaşı Ceyran xanım ilk təhsilini Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbində almışdır. Məktəbin məscidində bütün şagirdlərlə birlikdə namaz qılmış, fənn otaqlarında elmlərə həvəs göstərmiş, müsamirələrdə fəal iştirak etmişdir.

1921-ci il dekabrın 31-də bir — birini ürəkdən sevənlərin toy məclisi də ata — baba adətilə olmuşdur. O zaman bəy 38, gəlin 16 yaşında olmuşlar. Mirqasımovlar ailəsinin cavan gəlini təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirmiş, filologiya üzrə aspiranturanı bitirmişdir. Hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan bu nəcib qadın 5 oğul anası olmuşdur. Bu oğullarla bütün el — obamız fəxr etməkdədir. Qələm dostum Aydın Qarabağlı “Vahid” qəzetinin 1994-cü il 24 dekabr tarixli sayında dərc olunmuş “Atalar və oğullar” oçerkində onlar haqqında geniş yazmışdır. Ailənin böyük oğlu Mir Mustafa Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında olmuş, sonra Tibb İnstitutunu bitirmiş, təyinatla Ukraynanın Donetsk vilayətinə göndərilmiş, Donbasda 3 il həkim — travmatoloq kimi çalışmışdır. Bakıya qayıtdıqdan sonra dissertasiya müdafiə etmiş, M. Nağıyev adına xəstəxanada travmatologiya şöbəsinin müdiri olmuş, Tibb İnstitutunun dosenti vəzifəsində işləmişdir.

Mirələsgər Mirqasımov Azərbaycanın əməkdar incəsənət xadimidir. O, 1944-cü ildə Ə. Əzimzadə adına dövlət rəssamlıq məktəbini, 1950-ci ildə Repin adına Leninqrad Boyakarlıq, heykəltəraşlıq və memarlıq institutunu bitirmişdir. Tanınmış heykəltəraşın sənət nümunələri ilə Azərbaycanın bir çox şəhərlərində tanış  olmaq mümkündür. Naxçıvanda C. Məmmədquluzadənin tuncdan tökülmüş heykəlinə, Sumqayıtda N. Nərimanovun əzəmətli büstünə, Bakıda C. Cabbarlının abidəsinə tamaşa edənlər babasının adını ləyaqətlə yaşadan sənətkara əhsən deyirlər.

Üçüncü oğul — Fərid Bauman adına Moskva Ali Texniki İnstitutu bitirdikdən sonra respublikamızda neft — maşınqayırma sənayesində çalımışdır.

Dördüncü oğul — Rüfət Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Uzun illər SSRİ Elmlər Akademiyasının Dubnada yerləşən nüvə tədqiqatları institutunda çalışmışdır. Fizika — riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.

Ailənin sonbeşiyi olan Oqtay Mirqasımovu respublikamızın kino həvəskarları yaxşı tanıyırlar. İstedadlı kinorejissor Azərbaycan Kinomatoqrafiyaçılar İttifaqı İdarə Heyətinin katibi, “Azərkinovideo” İstehsalat Birliyinin Baş direktorudur.

Atası rəhmətə gedəndə Oqtayın 15 yaşı vardı…

Məşhur alim — psixiator Ağabəy Sultanov unudulmaz dayısının son dəqiqələrini belə xatırlayır: anam qardaşına “Ağadadaş”, biz isə “Ağadayı” deyərdik. Ağadayımız bütün ömrü boyu nə bir sanatoriya, nə də istirahət evi görmüşdü. Onun yeganə dincəldiyi yer Şüvəlan bağı idi. 1958-ci il iyul ayının 20- də adəti üzrə səhər erkən yatağından qalxmış, həyətə düşmüşdür. Sonra qayıdıb həmişəki kimi bir — iki saat yazı masasının arxasına keçmişdir.

Dayıdostum Ceyran xanım süfrə açmış, ikilikdə nahar etmişlər. Sonra yastığa dirsəklənmiş, qırx ilə yaxın can deyib, can eşitdiyi zövcəsi ilə ordan — burdan xeyli söhbət etmişdir. Axırda demişdir: “Ceyran, özündən muğayat ol, sağlamlığına fikir ver, axı Oqtay da institutu bitirməlidir, ailə sahibi olmalıdır”.

…Söhbət burda  qırılmışdır. Ağadayı gözlərini yumanda bir damla yaş sol yanağına düşmüşdür. Pıçıltısı eşidilmişdir:

— Əşhədü ənna la ilahə illəllah…

Mir Mövsüm Ağanın vəfatından səkkiz il sonra əvəzsiz seyid övladının biri də əbədiyyətə qovuşmuşdur. Oxşarlığa bax — Mirəsədulla Mirqasımov noyabrın 17- də dünyaya göz açmış, Mir Mövsüm Ağa noyabrın 17-də dünyasını dəyişmişdir. Hətta yaxın dostları da bilmirdilər ki, Mir Mövsüm Ağanın vəfatından sonra niyə görə Mirəsədulla Mirqasımov doğum günündə pəjmürdə görünürdü. Yaşasaydı, 1958-ci il noyabrın 17-də 75 illiyində də belə hal alacaqdı.

… Mir Cəfər Bağırov iş başında olsaydı, nadir şəxsiyyətlərdən birisinin — Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun 75 illiyi də, 100 illiyi də, 110 illiyi də bu böyük seyid övladının adına layiq keçirilərdi. Azərbaycan Elmlər Akademiyasının birinci prezidentinə birinci olaraq abidə ucaldılardı.

Nə yaxşı ki, Mirəsədulla Mirqasımovun böyüklüyünün izlərini xırdaçılıqla yaşayan vəzifəpərəstlər silə bilməmişlər — ürəklərdən və bir də arxiv sənədlərindən. (Teyyub Qurban, “Düşmənlərindən Güclü Şəxsiyyət”, 1-ci kitab, səh. 384 – 390, electron variantında səh.259 – 262)

            Füzuli Baratov

 

 

 

Стандартный

54

Mir Cəfər Bağırov və Azərbaycan Milli Elmlər Akademiyası

I hissə

Bu hadisə 3 — 4 il bundan qabaq olub. Bir gün bir müəllim Mir Cəfər Bağırovun gördüyü  işlərin başqa adamın adına aid olduğunu sübut etməyə çalışırdı. Savadsız adamlar da müəllimə diqqətlə qulaq asır və özlərini inanan kimi göstərirdilər. Müəllimə düz danışmağı və bilmədiklərini öyrənməyi tövsiyə elədim. Bir neçə gün sonra yazıçı – publisist Teyyub Qurbanın arxiv materiallarına əsaslanan yazılarından bəzi qeydlər edib o müəllimə verdim.

1. Neft fontanı,

2. Hərbi-Dəniz və Təyyarəçilər məktəbi.1939.

3. Ələt – Culfa dəmir yolu.1940.

4. Teatr İnstitutu.1945.

5. Daşkəsən şəhərinin əsasının qoyulması.1946.

6. Mingəçevir SES.1947.

7. AMEA – nın yaranması.

8. Bakı Metropoliteni.1949.

9. Sumqayıtın əsası qoyulub.1949.

10. Politexnik İnstitutu.1950.

11. Naxçıvan Duz Mədəni.1951.

12. Qaradağ Sement Zavodu.1951.

13. Mingəçevir Su Ambarı.

14. Nizaminin heykəli.

15. Neft Daşlar.

16. Samur – Abşeron kanalı

17. Hökumət Evi.

18. Bağırov Körpüsü.

19. Kəlbəcərdə İstisu Kurortu.

20. Şollar suyuna paralel 2 – ci Xaçmaz – Bakı su xətti…

Bunlar Mir Cəfər Bağırovun gördüyü işlərin qısa siyahısıdır. İndi bu dahi səxsiyyətin Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması haqqında Teyyub Qurbanın arxiv sənədlərinə istinadla yazdığı kitabdan qeydləri oxuculara çatdırmaq istəyirəm.

…1944 — cü ilin axırlarında SSRİ Elmlər Akademiyasının prezidenti akademik V.L. Komarov Azərbaycana gəlmiş, Ümumittifaq Akademiyasının Azərbaycan filialının işi ilə tanış olmuşdur. Yola düşməzdən əvvəl M.C. Bağırovla xeyli söhbət etmişdir. Qocaman akademik — prezident son illər Azərbaycan alimlərinin elm və mədəniyyətin bütün sahələrində misilsiz müvəffəqiyyətlərindən şövqlə danışmışdır. Razılıq hissi ilə, fərəhlə demişdir:

— Yoldaş Bağırov, heç bir respublikada Azərbaycandakı qədər Stalin mükafatı laureatı olan ziyalı yoxdur.

M.C. Bağırov hörmətli qonağın sözlərindən məmnunluğunu gizlətsə də, onun sözlərinə qüvvət vermişdir:

— Vladimir Leontyeviç, zənnimcə, heç bir respublikada nə Üzeyir Hacıbəyov kimi bəstəkar -alim, nə Səməd Vurğun kimi şair — mütəfəkkir, nə Heydər Hüseynov kimi filosof, nə Yusif Məmmədəliyev kimi kimyaçı, nə də Mustafa Topçubaşov kimi tibb təşkilatçısı vardır.

— Elədir, yoldaş Bağırov, adlarını çəkdiyiniz və çəkmədiyiniz elmi potensialınız ilə mən də, inanın, ürəkdən fəxr edirəm.

— Vladimir Leontyeviç, yaxşi, bəs onda necə olur ki, digər müttəfiq respublikalarda, bax elə qonşumuz Ermənistanda iki ildən çoxdur filiallar müstəqil akademiyaya çevrilmişdir, bizim növbəmiz…

Akademik Komarov dözə bilmədi:

— Yoldaş Bağırov, bu məsələ məndən asılı deyildir. SSRİ Xalq Komissarları Sovetinin qərarı olmalıdır. Bəlkə bu ilin dekabrınadək baş tutdu.

M.C. Bağırov narazılığını bildirdi:

— Vladimir Leontyeviç, biz istəyirik ki, bu ilin aprelinə qədər, yəni Azərbaycanda Sovet hakimiyyətinin 25 illiyinədək respublikamızın öz Akademiyası olsun. Buna görə də, Sizdən xahiş edirəm ki, Moskvaya qayıdandan sonra bu məsələni Xalq Komissarları Soveti qarşısında qaldırasınız. Bu məsələnin həllinin tezləşdirilməsini Molotov yoldaşdan özüm xahiş edərəm.

— Şərtləşdik, yoldaş Bağırov, əmin olunuz.       SSRİ Elmlər Akademıyasının 75 yaşlı prezidenti vədinə əməl etdi. Onun SSRİ Xalq Komissarları Soveti sədrinin müavini V.M. Molotovun adına yazdığı məktubunda oxuyuruq:

“Möhtərəm Vyaçeslav Mixayloviç! Bakıda olduğum zaman SSRİ Elmlər Akademiyasının filialı və onun elmi tədqiqat institutlarının fəaliyyəti ilə tanış oldum. Təsdiq etməliyəm ki, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı böyüyüb artmış, möhkəmlənmiş və Azərbaycanda bir çox görkəmli alimləri öz ətrafında toplayan və Azərbaycan SSR-nin ayrı — ayrı sahələrə aid elmi müəssisələrinin fəaliyyətini birləşdirən həqiqi elmi mərkəz olmuşdur. Bu isə belə bir fikir söyləməyə haqq verir ki, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25-ci ildönümünü Azərbaycan SSR Elmlər Akademiyasının təşkili ilə qeyd etmək üçün Azərbaycan xalqının kifayət qədər əsası vardır. Buna görə də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı və respublikanın bir sıra elmi — tədqiqat institutları əsasında Azərbaycan SSR Elmlər Akademiyasını təşkil etmək məsələsini SSR İttifaqı Xalq Komissarları Sovetinin müzakirəsinə təqdim etməyi mümkün hesab edirəm”.

1945-ci il yanvarın 23-də özünün 131 saylı qərarı ilə SSRİ Xalq Komissarları Soveti Azərbaycan SSR Elmlər Akademiyasının təsis edilməsini qərara aldı. Qərara V.M. Molotov imza atmışdı.

M.C. Bağırovun ünvanına Bakıdan, Təbrizdən, Moskvadan və başqa yerlərdən gələn məktub — teleqramları bu gün də həyəcansız oxumaq olmur. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlərinin 1945-ci il mart ayının 31-də keçirilmiş ümumi iclasında qəbul edilmiş məktubda oxuyuruq:

“Əziz yoldaş Bağırov! Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlərinin birinci ümumi yığıncağı Sizə — Azərbaycan alimlərinin ən yaxın dostuna respublikamızın elm və mədəniyyətinin inkişafı uğrunda həmişə çəkdiyiniz böyük atalıq qayğınıza görə öz tükənməz minnətdarlığını bildirir”.

Moskvadan qocaman alim, SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.L. Komarov Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü seçildiyinə görə M.C. Bağırova minnətdarlıq edir, öz teleqramında yazırdı:

“Şəxsən sizin  gündəlik qayğınız nəticəsində SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı qısa müddət ərzində respublikanın elmi mərkəzinə çevrilmişdir”.

Azərbaycan SSR Elmlər Akademiyasının təsis edilməsi o taylı — bu taylı Bütöv Azərbaycanın elm bayramı idi. Təbrizdən gələn məktubda Cənubi Azərbaycan ziyalılarının ürək sözləri belə ifadə olunurdu:

“Sovet Azərbaycanının mərkəzi Bakı şəhərində Elmlər Akademiyasının təsis edilməsi Azərbaycan xalqının 25 illik inkişafının ən gözəl və parlaq bir misalıdır. Akademiyanın açılması Azərbaycan xalqı üçün bir səadət və xoşbəxtlikdir. Biz Cənubi Azərbaycan xalqı Bakıda Azərbaycan Elmlər Akademiyasının təsisi münasibətilə öz qardaşlarımızı səmimi — qəlbdən təbrik edirik”.

Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov, ilk vitse — prezidentləri Heydər Hüseynov və Şamil Əzizbəyov, ilk akademik katibi Mir Əli Qaşqay olmuşdur. Mirəsədulla Mirələsgər oğlu Mirqasımov 1883-cü il noyabr ayının 17-də Bakıda anadan olmuşdur. 1913-cü ildə Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessa şəhərində həkim işləmişdir. İlk prezident azərbaycanlı təbiblər arasında ilk elmlər doktoru olmuşdur. Cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərsliyin də müəllifi bu məşhur pedaqoq idi.

(Teyyub Qurban, “Düşmənlərindən Güclü Şəxsiyyət”, 1-ci kitab, səh.381 – 384)

Ardı var

Füzuli Baratov

Стандартный

57

           “На имя Багирова, за подписью Багирова”

      Tanınmış arxiv tədqiqatçısı, şair, dramaturq, yazıçı — publisist, AYB üzvü, Azərbaycan gənclərinin III Ümumrespublika festivalının laureatı, Rəsul Rza mükafatı laureatı Teyyub Yarməmməd oğlu Qurban  1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954-1959).

Teyyub Qurbanın aşığıdakı mükafatları var:

  1. 1957- “Sənətin işığı” şeirinə görə Azərbaycan Gəncləri Üçüncü Respublika Festivalı Laureatı
  2. 1959- İctimai fəaliyyətinə görə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Fəxri Fərmanı
  3. 1960- Azərbaycan Respublika Komsomol təşkilatının işində fəal işinə görə “Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Fəxri Fərmanı”
  4. 1978- SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Əməkdə fərqlənməyə görə” medalı
  5. 1984- Anadan olmasının 50-illiyi ilə əlaqədar Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin Fəxri Fərmanı
  6. 1991- Xalq nəzarətində fəal işinə görə SSRİ Xalq Nəzarəti Komitəsinin Fəxri Fərmanı
  7. 1994- Məmməd Əmin Rəsulzadəyə həsr etdiyi iki hissəli “Azərbaycan, Azərbaycan” dramına görə “Araz” Ali Ədəbi mükafatı diplomu
  8. 2002- “Yaşıl rəngin işığı” kitabına görə Rəsul Rza Beynəlxalq mükafatı laureatı.

 2016-cı ilin mart ayında Bakıda “OL”npkt nəşriyyatında 20 il Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət xadimi Mir Cəfər Bağırovun anadan olmasının 120 illiyi münasibətilə Teyyub Qurbanın “Bağırovun adına, Bağırovun imzası ilə” kitabı çapdan çıxmışdır. Kitab arxiv sənədləri toplusudur, sənədlərin çoxunun rusca olduğuna görə və geniş xarici oxucu kütləsinin rahat istifadə edə bilməsi üçün bu kitab rusca nəşr edilmişdir. Kitabın redaktoru Azərbaycanın Əməkdar Jurnalisti Əlirza Balayevdir. Kitabın işıq üzü görməsində uzun müddət Teyyub Qurbanla əməkdaşlıq etmiş və onun bir neçə tarixi kitabının nəşrində təşkilatçılıq etmiş Faiq Həbibovun da köməyi olmuşdur.

      Faiq Rza oğlu Həbibov 1947-ci il may ayının 16-da Gürcüstanın Bolnisi şəhərində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirmişdir. Ali təhsilini Rusiyanın Pskov vilayətində, Velikiye Luki şəhərindəki Kənd Təsərrüfatı İnstitutunda almış, təyinatı üzrə həmin vilayətdə işləmişdir. 1973-cü ildə Azərbaycana qayıtmışdır.

      Faiq Həbibov 1975  — 1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində istehsalat şöbəsinin rəisi, 1982 – 1991-ci illərdəAzərbaycan SSR Xalq Nəzarəti Komitəsində inspektor vəzifəsində çalışmış, daha sonra Azərbaycan Respublikası Dövlət Balıqçılıq Konsernində rəhbər vəzifələrdə işləmişdir.

      2009 – cu ildən dövlət təqaüdçüsüdür.

      Kitabın rus dilində olduğunu nəzərə alıb redaktor, Azərbaycanın Əməkdar Jurnalisti Əlirza Balayevin yazdığı “Ön söz”ü öz dilimizdə oxuculara təqdim edirəm:

Redaktordan

ÖN SÖZ

20-ci əsr Rusiya imperiyasında — Sovet İttifaqı adlanan nəhəng ölkədə əlinə

qələm   alan   hər   kəs   üçün   Lenindən,   daha   çox   Stalindən   sitat   gətirmək   tələbi

mövcud idi. Tarixçilər, tarix yazanlar da bu tələbə riayət etmək məcburiyyətində

idilər   və   tez — tez   Stalindən   bu   sitatı   gətirirdilər:   “Историю,   —   учит   товарищ

Сталин,   —   нельзя   ни   улучшать,   ни   ухудшать.  Всякие   попытки   нарушить

историческую   правду   есть   прямой   отход   от   ленинизма.  Равным   образом

недопустимо отступление от исторической правды…”

Halbuku, tarixin ən çox saxtakarlığa məruz qaldığı məkan   da elə Tiranın

ölkəsi idi. Lakin tək Tiranınmı ölkəsində belə idi?

Düzgün, obyektiv tarixin yazıla biləcəyini ehtimal etmək adi məntiqlə bir

araya sığan şey deyil. 20-ci əsrin bəşər tarixində ən fövqəladə hadisə olan İkinci

Dünya müharibəsi, o cümlədən Böyük Vətən müharibəsinin tarixinə nəzər salmaq

kifayətdir. Böyük Vətən müharibsinin iki əsas iştirakçısının yazdığı tarix bir — birinə

ziddir. Hətta Rusiyanın müttəfiqləri olmuş İngiltərə və ABŞ-da yazılmış tarixlər də

fərqlidir. Beşinci, onuncu, iyirminci tərəflərin də yazdığı tarix düzgün olmayacaq;

çünki onların da hərəsinin öz mənafeyi var.Və tarixin dərinliklərinə getdikcə falsifikasiya üçün imkanlar da artır.   Və təbiidir ki, qədimdən indiyədək hələ elə bir tarixi hadisə  tapmaq olmaz ki, bir cür yazılsın. Siseronun «tarixin atası» adlandırdığı, bəşəriyyət tarixində ilk tammiqyaslı

tarix   traktatının   (“Tarix”)   müəllifi   olan   Herodot   da   bunun   şahidi   olmuşdu.

Traktatının başlanğıcında da elə — belə bir cümlə var: “Farslar danışırlar ki, beləliklə,

İo  gedib   Misirə   düşmüşdür,  ellinlər   isə   bunu   başqa   cür   söyləyirlər”   (“Tarix”,

Birinci kitab, 2-ci bənd). Bu tipli (yəni eyni hadisəyə ikili münasibət) cümlələr

Herodotun kitabında minlərlədir. Gün işığı kimi aydın olan bu məntiqin ziddinə

olaraq,  hərə  öz yazdığını hamı  üçün düzgün sayır.  Hər ölkə, hər xalq yazdığı

tarixin yalnız   özü üçün doğru olduğunu qəbul etmiş olsaydı – bu,   düzgün və

ədalətli yanaşma olardı. Eyni hadisənin tarixinin müxtəlif cür yazılmaslndan əlavə, konkret məkanda eyni dövrün tarixi də sonradan bir neçə cür yazılır. Azərbaycanlı oxucunun heç də

uzağa getməsinə ehtiyac yoxdur. Son yüz ilin Azərbaycan tarixinə nəzər salmaq kifayətdir.

Bəs ortada arxiv sənədləri varsa, onda neçə? Burada da məsələ heç də sadə

deyil.

Birincisi,  ona görə ki, arxivə saxta sənədlər quraşdırılıb, yerləşdirilə bilər.

Kəşfiyyat tarixindən belə faktlar məlumdur.

İkincisi, ona görə ki, arxiv sənədləri gizlədilə bilir. Ribbentrop — Molotov paktı belə olmuşdu. Qorbaçov SSRİ xalq qurultayında   faktı   gizlətmək   məqsədilə   arxivdə   belə   sənədin   olmadığını   elan edəndən sonra həmin pakt “tapılmışdı”.

Üçüncüsü, ona görə ki, sənədləri arxivdən çıxarmaq mümkündür. Beriya özünə   aid   sənədləri   Bakı   arxivindən   belə   aparmışdı.   Böyük   Sovet Ensiklopediyasının   baş   redaktoru   Suren   Şaumyanın   öz   dəstəsi   ilə   birlikdə, məhkəmə sənədlərinin dili lə desək, Bakı arxivlərini   ələk — vələk edib, communist pərdəsi   altında   daşnakların   azərvaycanlılara   qarşı   törətdikləri     cinayətlərə, banklardan və evlərdən talan edib oğurladıqları sərvətlərə aid sənədləri  aradan çıxarmaq istəyəndə,  Bağırovun əmri ilə öz dəstəsi ilə birlikdə 24 saat ərzində

Azərbaycandan qovulmuşdu.

Dördüncüsü, ona görə ki, arxiv sənədləri də müxtəlif dövlətlər, qurumlar və ya müəlliflər tərəfindən, mənafe nəzərə alınaraq, müxtəlif şəkildə şərh və təqdim edilə bilər. Bununla belə, arxiv sənədləri olduqca mühüm əhəmiyyət kəsb edir. Arxiv sənədlərinin də kitab halında təqdim olunmasında müxtəlif formalardan istifadə olunur. Adətən, sənədlər mövzular üzrə sistemli şəkildə toplanır, müəllif şərhi ilə müşayiət olunur  ki,  bu zaman yuxarıda qeyd etdiyimiz kimi, müəllif mövqeyi özünü göstərir.  Рудольф Ивановun   Nəriman  Nərimanovun həyat  və fəaliyyətinə həsr olunmuş “Смертельная схватка” adlı çox dəyərli kitabını misal göstərmək olar.

Azərbaycanın görkəmli şairi, nasiri, dramaturqu və tarix tədqiqatçısı Teyyub

Qurban tərtib etdiyi kitabda arxiv sənədlərinə heç bir şərh, izah vermədən onu

oxuculara təqdim edir, yəni kitab yalnız arxiv sənədlərindən ibarətdir. Beləliklə,

hər bir sənədi və ya sənədlər toplusunu necə anlamağı, necə dərk etməyi oxucunun

öhdəsinə buraxır. Yalnız arxiv sənədlərindən ibarət olması etibarilə Azərbaycanda

ilk dəfə belə kitab çap olunur. Müasir Azərbaycan   yazıçıları   arasında  Teyyub   Qurban   kimi   ən   müxtəlif mövzularda qələm çalan ikinci ədib tapmaq çətindir. Onun yaradıcılığı məzmun

etibarilə ədəbi — bədii sahədən savayı siyasət, tarix və mədəniyyət mövzularını, janr

etibarilə   poeziya,   proza,   dramaturgiya,   publisistik   və   tarixi — publisistik   əsərləri

ehtiva edir.

Teyyub Qurban 20 ildən artıqdır ki, Azərbaycanın görkəmli dövlət xadimi

Mir Cəfər   Bağırovun fəaliyyətini arxiv  sənədləri  əsasında araşdırmaqdadır. Bu

möhtəşəm   zəhməti   sayəsində   “Düşmənlərindən   güclü   şəxsiyyət”   adlı

çoxcildliyinin   irihəcmli   üç   cildi   çapdan   çıxmış,   dördüncü   cildi   çapa

hazırlanmaqdadır. Qeyd etmək lazımdır ki, həmin kitablar əsl bestsellerə çevrilmiş,

dəfələrlə təkrar çap olunmuşdur. Bu kitabda toplanmış sənədlər ibrət dərsi verə bilər. Ən başlıcası,   M. C. Bağırov elə idarə üsulu, idarəetmə sistemi qura bilmişdi ki, Azərbaycanı ovcunun içi  kimi görürdü. Təbii  ki, idarəetmə üsullarında yox, idarəetmə  prinsiplərində

öyrəniləsi   çox   şey   var.   Ən   mühümü,   Dağlıq   Qarabağ   Muxtar   Vilayətinin

Azərbaycandan qopardılmasına və ermənilərin digər təxribatlarına   qarşı kəskin

mübarizə,   ölkədə   və   cəmiyyətdə   baş   verənlərə   vaxtında   və   prinsipial   qiymət

verilməsi,   vətəndaşların     təklifinə,   müraciətinə,   şikayətinə,   hətta   imzasız

məktublara belə ən diqqətli, məsuliyyətli yanaşma mövcud idi. M. C. Bağırovun

xalqla təması rəsmi tədbirlərlə məhdudlaşmırdı, o özü əhalinin müxtəlif zümrələri

ilə şəxsən, hakimiyyət qurumlarının iştirakı olmadan təmas qururdu və bir çox

həqiqətləri öyrənə bilir və tədbir görürdü. Vətəndaşları özü də qəbul edir, onların

şikayətlərini   dinləyir,   qəti   göstərşlər   verirdi.   Rüşvətxorluğa   qarşı   qətiyyətli

mübarizə aparırdı və buna görə də bu bəla bütün cəmiyyətə sirayət edə bilmirdi.

Hər bir məmur şər əməlinə görə dərhal cəzalanacağını bilirdi və özbaşınalıq halları

ən minimum dərəcədə idi. Oxucular bu məsələlərlə əlaqədar çoxlu arxiv sənədləri

ilə tanış olacaqlar.

Annotasiyada   deyildiyi   kimi,   kitabdakı   materiallar   Teyyub   Qurbanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivindən

toplayaraq, öz əsərlərində istifadə etdiyi sənədlərdir və onlrın verilməsində hansısa

ardıcıllıq   və   sistem   yoxdur   və   qarşıya   belə   məqsəd   qoyulmamışdır.  Sənədlər

xronoloji ardıcıllıqla düzülmuş və nömrələnmişdir. Bu mənada tədqiqatçılar üçün

zəngin material var və əlavə maraqlandıqları sənədlərlə arxivdə tanış ola bilərlər.

Sənədlərin dili ilə əlaqədar qeyd etməliyik ki, həmin dövrdə Azərbaycan KP MK-

da sənədlər Azərbaycan dilində, hətta ərəb əlifbası ilə də qəbul olunduğu halda, rus

dilində yazmaq qaydası mövcud idi və hər kəs rus dilini bildiyi səviyyədə yazırdı.

Sənədlərin,   xüsusən   məktubların   üzərində   redaktə   işi   aparılmamışdır.   Yalnız

fikirlər anlaşılmayan hallarda redaktə işi aparılmışdır. Əminik   ki,   Teyyub   Qurbanın   tərtib   etdiyi   bu   kitab   da   oxucuların   və mütəxəssislərin dərin marağına səbəb olacaqdır.

Füzuli Baratov

 

Стандартный

53

 

           Mir Cəfər Bağırov və Şıxəli Qurbanov

     Allah tərəfindən insanlara bəxş olunmuş ömür payınımı deyim, yoxsa həyat dövrünümü, hər iki halda bu dövrü hərə öz zövqünə uyğun yaşamağa çalışır. Bəzi adamlar müsbət əməllərlə, xeyirxah işlərlə məşğul olurlar, vətəni qorumağı və sevməyi, xalqının tərəqqi etməsini, maariflənməsini öz ümdə vəzifələri hesab edir və belə işlər üçün öz xidmətlərini əsirgəmirlər. İstər müəllim olsun, istər elm sahəsində, incəsənət sahəsində və ya kənd təsərrüfatının müxtəlif sahələrində olan bir işçi olsun, cəmiyyətin, ümumi işin xeyrinə çalışdığına görə çox az vaxtlarda və nadir hallarda dövlət tərəfindən qiymətləndiriliblər. Xalq üçün özünü fəda edənlərin ətrafında həmişə elə bil qara kabus dolaşıb.

     Çoxdandır Şıxəli Qurbanov haqqında yazı yazmaq barədə fikirləşirdim. Nəhayət, tanınmış tədqiqatçı — yazıçı, arxivşünas, publisist Teyyub Qurbannın arxiv sənədlərinə istinadən yazdığı “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabında olan dəqiq məlumatları oxuculara çatdırmağı qərara aldım. Şıxəli Qurbanov haqqında hamının bildikləri məlumatları təkrar etməyəcəyəm. Ömrünün 30 ildən çoxunu arxivlərdə keçirən dahi şəxsiyyət Teyyub Qurbanın əldən — ələ gəzən bu kitablarının hər səhifəsində Mir Cəfər Bağırovdan başqa bir və ya bir neçə insanın işıqlı ömründə, insan dünyasında, ömür yolunda olan gizlinlər açılır.

…N.Hacıyevin dəfn mərasimində göz yaşlarını ürəyinə axıdanlar arasında M.C. Bağırov kadrlar ordusunun gənc və döyüşkən bir əsgəri də vardı — mərhumun əqidə qardaşı Şıxəli Qurbanov. Bir il idi ki, respublika Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun ədəbi əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. MK-nın şöbə müdirliyindən EA-nın şöbə müdirliyinə keçirilməsi səbəbləri respublika rəhbəri Vəli Axundovun imzaladığı qərarda göstərilməmişdi. Azərbaycan KP Mərkəzi Komitəsinin 1961-ci il 15 aprel tarixli 51 nömrəli qərarı ilə arxivdə tanış oluruq:

      “Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri Ş.Q. Qurbanov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilsin və həmin vəzifəyə M.A. Qazıyev təsdiq olunsun.

      Azərbaycan KP MK katibi  V. Axundov”.

Şıxəli Qurbanovun başqa işə keçməsi səbəbləri Azərbaycan ictimaiyyətinə yaxşı məlumdu. Xalqımızın milli dəyərlərinin keşiyində cəsarətlə duran vətənpərvər şəxsiyyət dövlət təhlükəsizliyi orqanlarının hədəfə götürdüyü nişangah idi. Bu nişangahın həndəvərindən xeyli “şparqalka” asılmışdı:

“Nəriman Nərimanovun müdafiəçisidir”, “Türkmənçay müqaviləsini müsavatçı mövqeyindən şərh edir”, “Zamanov məsələsində Semiçastnı yoldaşa kobud cavab qaytarıb”, “Puşkindən kitab yazsa da, rusları sevmir”…

Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivində Şıxəli Qurbanov barəsində indiyədək oxuculara məlum olmayan bir qovluq da vardır. Burada Azərbaycan KP MK Katibliyinin 1959-cu il avqustun 12-də keçirilmiş iclasının materialları cəmləşdirilmişdir. Azərbaycan KP MK İşlər İdarəsi müdiri Ə.T. Məmmədovun 1959-cu il avqustun 3-də V.Axundov yoldaşın adına yazdığı arayışda oxuyuruq:

“Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri Ş.Q. Qurbanov yoldaş “M-20” markalı avtomaşında Ağdam rayonunda ezamiyyətdə olmuşdur, avtomaşının sürücüsü B. Səttarzadədir.    Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin katibi N. Şahnazarov yoldaş bu il iyul ayının 25-də zəng vurub bildirmişdir ki, Ş. Qurbanov yoldaşın içərisində olduğu avtomaşın qəza törətmişdir.   Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinin baş inspektoru Qəhrəmanov yoldaş məlumatı yerində yoxlayaraq müəyyən etmişdir ki, qəzanın başlıca səbəbi maşının saatda 70 km.-dən çox sürətlə hərəkət etməsi olmuşdur.

      Qəza nəticəsində avtomaşın sıradan çıxmışdır, onu bərpa etmək üçün bir çox hissəsini təzəsi ilə əvəz etmək lazım gələcəkdir.

      Qəza nəticəsində Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin katibi B. İbrahimov yoldaş, sürücü Səttarzadə, eləcə də Ş. Qurbanov yoldaş xəsarət almışlar. B. İbrahimov xəstəxanada yatır, sürücü xəstəlik bülletenindədir. Ş. Qurbanov iş başındadır”.

İşlər müdirinin arayışına respublika Daxili İşlər Nazirliyi Dövlət Avtomobil Müfəttişliyinin baş inspektorunun məktubu əlavə olunmuşdur.

Məktubda göstərilir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti avtomobil müfəttişliyi idarəsinin tapşırığı ilə vilayət kənd təsərrüfatı idarəsinin mühəndisi Petrosyan Suren Poqosoviç M-20 markalı 45-93 №-li avtomaşının yol qəzası barədə məlumat hazırlamışdır.

1959-cu il iyul ayının 27-də yazılmış məlumatda kənd təsərrüfatı idarəsinin mühəndisi S. Petrosyan iddia edir ki, qəza iyulun 24-də Şuşa — Ağdam magistral yolunun Stepanakert yeyinti sənaye kombinatı yaxınlığında baş vermişdir.

Qəza nəticəsində dəyirmana gedən yol üzərindəki körpünün başlanğıc hissəsi dağılmışdır. 5 ədəd körpü daşı 1,5 metr məsafəyə səpələnmişdir. Daşların ölçüsü belədir:

I daş. 42sm. x 67sm. x 38sm. = 0,1069m3

II daş. 65sm. x 99sm. x 40sm. = 0,2574 m3

III daş. 70sm. x 70sm. x 22sm. = 0,1078 m3

IVdaş. 85 sm. x 48sm. x 16sm. = 0,0653 m3

Vdaş. 54sm. x 90sm. x 17sm. = 0,0826 m3 Beş daşın ümumi həcmi 0,62 kubmetrdir.

Daşların daşnaklar tərəfindən atıldığını yaxşı bilən Şıxəli Qurbanov qəza məsələsinə aid əsl həqiqəti təfərrüatıyla öz dəst — xətti ilə yazmışdır:

     “Azərbaycan KP MK-nın birinci katibi V.Y. Axundov yoldaşa

                          İZAHAT

      Mərkəzi Komitə Bürosunun tapşırığına əsasən mən bu il iyulun 14-də Ağdam rayon partiya komitəsinin geniş plenumunda Azərbaycan KP MK-nin IX plenumunun yekunları barədə məruzə etməliydim. Bu tapşırığı yerinə yetirmək üçün iyulun 13-də Ağdam şəhərinə gəldim. Rayondakı işlərin vəziyyəti ilə tanış olmağa başladım.

     İkinci gün plenumdan sonra respublika Nazirlər Sovetinin sədri M. İsgəndərov yoldaş Ağdama gəldi. O, telefonla MK katibi D. Yakovlev yoldaşla danışdı, mənə əlavə tapşırıqlar verdi. Bunları yerinə yetirmək məqsədilə daha iki gün Ağdamda qalmalı oldum. Həmin müddət başa çatarkən, Bakıdan F. Mustafayev  yoldaş mənimlə telefonla danışdı və bildirdi ki, katibliyin tapşırığına əsasən rayon partiya komitəsi bürosunun fəaliyyətini hərtərəfli öyrənmək üçün mən rayonda qalmalıyam.

      İyulun 25-də plana görə bütün işlərimi başa çatdırdım. Həmin gün Stepanakertdən vilayət komitəsinin katibi (o buna qədər də zəng vurmuşdu) B. İbrahimov yoldaş zəng vurdu və məndən çox xahiş etdi ki, heç olmasa, bir saatlığa ona baş çəkim. Mən yaxından tanıdığım bu ləyaqətli insanın sözünü yerə salmadım.

     Sonradan mənə məlum oldu ki, B. İbrahimov bir neçə yoldaşla Stepanakertin 3-4 kilometrliyindəki bir çayın qırağında açdığı süfrə başına toplaşıblar. Məclisdə İbrahimov arvadı ilə, bəstəkar Süleyman Ələsgərov arvadı ilə, biologiya elmləri doktoru Səttar müəllim arvadı ilə, tarix elmləri namizədi S. İbrahimov arvadı ilə iştirak edirdilər. Süfrədə içki yox idi.

     Axşam yeməyimiz cəmi bir saat çəkdi. İbrahimovun maşını ilə S. Ələsgərov və arvadı Şuşaya yollandı, onun özü və arvadı isə bizim maşında Stepanakertədək getməli idilər.

     Avtomaşınımızın akkumulyatoru saz olmadığından sürücü ehtiyatlı hərəkət etsə də, qəza baş verdi: maşın kiçik bir körpünün ucuna dəyərək suya düşdü. Mən maşının şüşəsi sınmış pəncərəsindən dərhal çölə çıxıb yol yoldaşlarımın dadına çatdım. İki dəqiqə keçməmiş başqa maşın saxladım və biz Stepanakertə yollandıq. Mən Stepanakertdən Şuşaya qalxdım və orada gecələdim. Ertəsi günü eşitdim ki, N.S. Şahnazarov yoldaş maşın qəzası ilə maraqlananda, Şuşadakı işçilərdən birisi ona demişdir ki, mən guya maşında olmamışam, Şuşadaymışam. Bu barədə mən telefonla MK katibi Q. Cəfərli yoldaşa məlumat vermişəm.

      3.VIII.59,   Ş. Qurbanov”.

Stepanakertdə “gecələmək istəməyən” Şıxəli Qurbanov haqqında 1959-cu il avqustun 12-də qəbul edilmiş qərar, sözsüz ki, Şahnazarovları sevindirmişdi. Həmin qərarla tanış olun:

“Ş. Qurbanov yoldaşın intizamsızlıq hərəkəti barədə Azərbaycan KP MK katibliyi qeyd edir ki, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Ş.Q. Qurbanov yoldaş Ağdam rayonunda ezamiyyətdə olarkən intizamsızlıq hərəkətinə yol vermişdir. 1959-cu il iyulun 25-də Qurbanov yoldaş icazəsiz olaraq Ağdamdan çıxıb, Dağlıq Qarabağ vilayət komitəsinin katibi B. İbrahimov tərəfindən təşkil olunmuş ziyafətdə iştirak etmişdir. Ziyafətdən qayıdan zaman qəza baş vermiş və maşının içərisində olan Qurbanov, İbrahimov, bir də sürücü zədələnmiş, “Pobeda” maşını isə tamamilə sıradan çıxmışdır. Azərbaycan KP MK Katibliyi qərara alır: Ağdam rayonunda xidməti ezamiyyətdə olarkən intizamsızlığa yol verdiyinə görə Ş.Q. Qurbanov yoldaşa xəbərdarlıq edilsin, onun yüksək partiya işçisi davranışına uyğun olmayan bu hərəkəti pislənilsin.

Azərbaycan KP MK katibi V. Axundov”.

…1964-cü ilin oktyabr ayında Sov. İKP MK-nın plenumu keçirildi. Plenum Nikita Sergeyeviç Xruşşovu hakimiyyətdən uzaqlaşdırdı. Leonid İliç Brejnev Sov. İKP MK-nın birinci katibi, 1966-cı ildən isə Baş katibi oldu. A.N. Kosıgin SSRİ Nazirlər Sovetinin sədri təyin olundu.

Azərbaycanda o illər Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləyən Sviqun bacanağına — Brejnevə Azərbaycanın rəhbər işçiləri barədə bilavasitə məlumat çatdırırdı. V.Axundov ancaq və ancaq müsbət səciyyələndirilirdi. Azərbaycan rəhbərinin hər dəfə Kremldə Brejnev ilə təkbətək görüşü olduqca səmimiyyət şəraitində keçirdi. 1966-cı ilin yanvar ayının sonunda belə bir görüş zamanı L. Brejnev ərk ilə həmsöhbətinə demişdi:

— Semyon Kuzmiç deyir ki, birinci katibimiz özündə nasazlıq hiss edir.

— Elədir, Leonid İliç.

— Elə olmasın gərək. Sən həkimsən, həkim də xəstəlikdən şikayətlənər? Biz öz vəzifəmizi ömrümüzün sonunadək icra etməliyik. Üstəlik, sən məndən kiçiksən. Neçə yaş?

— On yaş aramızda fərq var, Leonid İliç.

  1. Axundov öz xəstəliyi barədə daha bir söz demədi. Sviqunun fəaliyyətindən razılığını bildirdi. Brejnev sözünə davam etdi:

— Baldızım məndən xahiş edib ki, ərini Moskvaya gətirim. Mən də söz vermişəm. Ancaq bu şərtlə ki, yerinə etibarlı varis hazırlasın.

Varislik məsələsi V. Axundovun ürəyindən oldu.

— Leonid İliç, mənim də yerimə varis vardır. Bir neçə ildən sonra birinci katib olmağa layiq olan kadrdır.

— Kimdir o?

— Şıxəli Qurbanov. MK-nın şöbə müdirliyindən Xruşşovun göstərişi ilə azad edilmişdir.

Brejnevin dodağı qaçdı:

— Nikita kadr tanıyırdı? 3-4 il işlədi, deyirdi başqa vəzifəyə keçirək. Onun üçün kadr da qarğıdalı idi — ək, becər, sonra da silos quyusuna basdır. Dediyin yoldaşın təqdimatını rəsmi qaydada mənə çatdır.

“Bakı – Moskva” qatarı Kursk vağzalından uzaqlaşanda V. Axundov təknəfərlik kupedə şirin xəyallara dalmışdı. Qarla örtülmüş meşələr axşam toranlığında qış nağılını xatırladırdı. Bu nağıllar arasından nədənsə bu dəfə Mir Cəfər Bağırovun boylandığını görürdü. Bu silinməz obraz onun düşüncələrinə hakim kəsilmişdi. V. Axundov çörəyi itirənlərdən deyildi. Onun respublikada rəhbər vəzifələrə irəli çəkilməsi M.C. Bağırovun adı ilə bağlı idi. Onun xeyir — duası ilə V. Axundov Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, səhiyyə nazirinin müavini, MK-nın şöbə müdiri olmuşdu.

  1. Axundov yaxşı bilirdi ki, M.C. Bağırovun tələbkarlığında bir səmimiyyət vardı, kin — küdurət saxlamazdı. İşçiləri bəzən çox sərt danlasa da, hətta ağır sözlər desə də, onları Moskvadan respublikamıza gələn məsul işçilər qarşısında alçaltmazdı. Məcburiyyət və çıxılmaz vəziyyət qarşısında qalaraq tənbeh etdiyi, aşağı vəzifədə işləməyə göndərdiyi kadrları bir müddət keçdikdən sonra daha yüksək vəzifəyə irəli çəkərdi.

1966-cı il fevralın 5-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Elmlər Akademiyasının şöbə müdirini doğma qardaşı kimi qəbul etdi. Hal — əhval tutdular. Sonra V. Axundov Moskvaya yola salınmış xasiyyətnamənin surətini Ş. Qurbanova təqdim etdi:

  • Xahiş edirəm, tanış olasınız.

Həmin xasiyyətnamə ilə arxivdə biz də tanış oluruq:

“XASİYYƏTNAMƏ

     Verilir Sov. İKP üzvü Ş.Q. Qurbanov yoldaşa 

     Şıxəli Qurban oğlu Qurbanov yoldaş 1925-ci ildə anadan olmuşdur. 1946-cı ildən Sov. İKP üzvüdür, təhsili alidir, 1951-ci ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi adını almışdır.

     1946-cı ildə Sovet Ordusunda xidmətini başa vurduqdan sonra Ş. Qurbanov İttifaq Sənaye -Ticarət İstehsalat Kombinatı kadrlar şöbəsinin müdiri işləmiş, 1947- ci il iyul — sentyabr aylarında isə Bakı şəhər komsomol komitəsinin təlimatçısı olmuşdur.

     1947-ci ilədək Qurbanov yoldaş V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu dil və ədəbiyyat fakültəsinin tələbəsi olmuşdur. İnstitutda təhsil illərində Qurbanov yoldaş ictimai — siyasi işlərdə fəal iştirak etmiş, həmkarlar komitəsi sədri, sonra da institut komsomol komitəsinin katibi seçilmişdir.

     Ali təhsili başa vurduqdan sonra Qurbanov yoldaş 1951-1952-ci illərdə Azərbaycan Maarif Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalında şöbə müdiri işləmiş, 1952-1953-cü illərdə isə V.İ. Lenin adına APİ-nin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur.

     1952-ci ildə Qurbanov yoldaş Bakı Şəhər Rayon Partiyası Komitəsinin ikinci katibi seçilmişdir.

 

     1954-cü ilin sentyabrında Qurbanov yoldaş Azərbaycan KP Bakı Şəhər Komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1955-ci il dekabr ayında rayon partiya komitəsi katibi seçilmişdir.

     Qurbanov yoldaş partiya işində özünü siyasi hazırlıqlı, qüvvəli işçi, bacarıqlı təşkilatçı və təbliğatçı kimi göstərmişdir.

     1957-ci ilin dekabrında Qurbanov yoldaş Bakı Şəhər Partiya Komitəsinin üzvü, Azərbaycan Kommunist Partiyasının XXII və XXIV qurultaylarında isə Azərbaycan KP MK üzvü seçilmişdir.

     1957-ci ilin martında Qurbanov yoldaş Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri təsdiq olunmuş və həmin vəzifədə 1961-ci ilin aprelinədək işləmişdir. Bundan sonra Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda çalışmış, elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur.

      Ş. Qurbanov tərəfindən bir sıra ədəbi — tənqidi əsərlər, o cümlədən Puşkin yaradıcılığına və Azərbaycan poeziyasına, XIX əsrdə Azərbaycan — rus ədəbi əlaqələrinə həsr edilmiş 3 monoqrafiya yazılıb, nəşr olunmuşdur. Onun yazdığı 4 komediya hazırda respublika teatrlarının səhnəsində müvəffəqiyyətlə göstərilməkdədir. Qurbanov yoldaş böyük təşkilatçılıq və partiya siyasi iş təcrübəsinə malikdir. Respublikanın partiya fəalları və ziyalıları onu nəzəri cəhətdən hazırlıqlı, tələbkar və prinsipial işçi kimi tanıyırlar.

      Azərbaycan KP MK katibi V.Axundov.

      5 fevral 1966-cı il».

Fəqət Şıxəli Qurbanov Vəli Axundovun varisi olmağa macal tapmadı. Fələk saydığına yekun vurdu: bir ildən sonra, 1967-ci il may ayının 24-də … diş həkiminin müalicə kreslosundan qalxa bilmədi. Avqustun 16-da 42 yaşı tamam olacaqdı…

Qətiyyətlə demək olar ki, bu nadir şəxsiyyətdən sonra Azərbaycanda ideologiya cəbhəsinin ona bənzər milli ruhlu vəzifə adamı olmamışdır.

          (Teyyub Qurban “Düşmənlərindən Güclü Şəxsiyyət” 1-ci kitab, səh.381-384, electron variantı: səh. 251-255)

Füzuli Baratov

 

Стандартный

25

Mir Cəfər Bağırov və  Mir Cəfər  Pişəvəri

 

Son vaxtlar Mir Cəfər Bağırov və Mir Cəfər Pişəvəri haqqında müxtəlif qəzetlərdəki yazıların məlumatlarının haradan, hansı arxivdən götürüldüyü ilə maraqlandım. Nəticədə bu məqalə alındı.

“ Mir Cəfər Pişəvəri Moskva üçün M.Ə. Rəsulzadə və N. Nərimanovdan sonra ən qatı “millətçi rəhbər” idi. Onu M.Ə. Rəsulzadə kimi ölkədən çıxarıb mühacirətə göndərmək olmazdı. Çünki SSRİ — nin sərhədləri seyf qapısı kimi kilidlənmişdi. M.C. Pişəvərini N. Nərimanov kimi Moskvaya aparıb rəhbər bir iş də vermək olmazdı. Ən başlıcası ona görə ki, İranla münasibətlər Kreml üçün Azərbaycanın taleyindən üstün idi. M.C. Pişəvəri elə Sovet Azərbaycanının hüdudları çərçivəsində yox edilməli idi. Həm də bu, Bakıda baş verməməliydi. Çünki Moskvanın iki Mir Cəfərin arasını vurmaq cəhdlərinə baxmayaraq, onları bir — birinə düşmən etmək qeyri — mümkündü. “Gizli iş görməyə mahir olan şəxslər” Mir Cəfər Pişəvəriyə qarşı “əməliyyatı” Mir Cəfər Bağırovun xəbəri olmadan həyata keçirməli idilər. 1947- ci ilin isti yay günlərində Mir Cəfər Pişəvəri Gəncədə idi. O vaxtlar Kirovabad neft kəşfiyyatı trestinin rəisi işləyən Nəzər Heydərovun qonağı idi. O, tək deyildi. Qonaqlar arasında respublika Dövlət Təhlükəsizliyi Nazirliyi katibliyinin rəisi, SSRİ — nin Təbrizdəki konsulunun müavini işlədiyi illərdən Pişəvərinin tanıdığı Nuru Quliyev, general Qulam Yəhya da vardı.

Məclis ta gecədən keçənədək davam etdi. Əslən Şəkidən olan Nuru Quliyev birdən qonaqlara belə bir təklif etdi: gəlin buradan elə bu saat Şəkiyə yollanaq, səhəri orada açaq. Bu təkliflə məclisdəkilərin hamısı razılaşdı. Pişəvəri də qonaq kimi etiraz etmədi. Qonaqlar general Qulam Yəhyanın “Hudzon” markalı avtomaşınında yay gecəsinin sakitliyində Şəkiyə tərəf irəliləməkdə idilər. “Hudzon”un sürücüsü kim idi? Karnik Melixyan. Onun mənşəyi DTN rəhbərlərinə yaxşıca məlum idi. Atası İranda Daşnaksütyun partiyasının lideri imiş. Arvadı vaxtilə Britaniyanın İrandakı səfirliyində işləyirmiş. Karnik Melixyanın adına Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin şöbəsində şəxsi vərəqə açılıbmış. 1944 — 49-cu illərdə respublika Dövlət Təhlükəsizliyi Nazirliyi Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Lətif Salayevin şahid ifadəsində deyildiyi kimi, Karnik Melixyanın xarici kəşfiyyatın agenti olması Dövlət Təhlükəsizliyi naziri Yemelyanova məlum idi. Buna baxmayaraq, erməni sürücü general Qulam Yəhyanın maşınını sürməkdə idi. Ona hətta Pişəvərini də gəzdirməyi tapşırmışdılar. Azərbaycan xalqının qatillərinə nökərlik edən K. Melixyan Yevlaxın 14 kilometrliyində maşını qəzaya uğratmışdı. Axtarış zamanı ondan 10.000 manat pul və “Valter” tapançası tapılmışdı. Sürücü hiyləgərliyə əl atmış, qəzanın törədilməsində günahı olmadığını söyləmişdi. Guya maşını gecə vaxtı sürdüyündən sükan arxasında onu yuxu tutubmuş. Sürücüdən soruşan olmamışdı ki, sükanın ikiyə bölünməsinə baxmayaraq, sənə heç bir xətər dəymədiyi halda necə olub ki, sənin yanında əyləşən Pişəvərinin qabırğası əzilmiş, ayağı sınmış, başı yaralanmıdır?

Əvvəlcədən qurulmuş maşın qəzasında Pişəvərinin sağ qalması “əməliyyatın” tam həyata keçirilməməsi demək idi. Ona görə də Pişəvərinin ölümü, necə deyərlər, təşkil olunmalı idi. 1947-ci il iyul ayının 11-də Pişəvəri ölümcül halda Yevlax rayon xəstəxanasına gətiriləndə huşu özündə idi. Həkimlərdən xahiş etdi ki, Bakıdan doğma qardaşını gətirsinlər, o, həkim — cərrahdır. Əvəzində Stepanakertdən cərrah Əsriyan gəldi. Pişəvəri Gəncədəki iyirmi yaşlı oğlunu yanında görmək istədi. Ömrünün ən çətin məqamında ataya oğlundan daha yaxın kim ola bilərdi? Xəbər çatdırmadılar. Çatdırsaydılar, qaça — qaça gələrdi və … cinayətdən agah olardı. Yalnız ertəsi günü, iyulun 12-də Bakıdan həkimləri və şəfqət bacılarını gətirən təyyarə Yevlaxa endi. Artıq gec idi. Pişəvəri cərrahiyyə əməliyyatından ayağa qalxmadı.

Mir Cəfər Pişəvərinin bacısı, 93 yaşlı Suğra Cavadzadə o faciəli günlərdən ürək ağrısı ilə danışır: — “O zamanlar biz Buzovnada camaat arasında “Nobel bağı” deyilən yerdə ikimərtəbəli binada yaşayırdıq. Burada Cənubi Azərbaycandan gəlmiş digər ailələr də məskunlaşmışdı. Qardaşım Mir Cəfər tez — tez bizi tərk edərək, bir neçə günlüyə rayonlara gedir, əsgərlərə baş çəkirdi. Bunu da söyləyim ki, Cənubi Azərbaycanda milli hökumət devriləndən sonra da Bakı və respublikanın digər yerlərində 35 fədailərimizin hərbi hissələri qalırdı. Təkcə Bakının hərbi məktəbində 500-dək cavan təhsil alırdı. Pişəvəri onlara pənah idi. Son dəfə bizdən ayrılarkən, Gəncəyə gedəcəyini bildirmişdi. O zaman qardaşımın oğlu Daruş da Gəncə yaxınlığında əsgərlər arasında idi. Pişəvəridən kiçik qardaşım Mir Səlim həkim — cərrahdı. Pişəvərinin rayondan ağır vəziyyətdə Sabunçu xəstəxanasına gətirildiyini də Buzovnaya Mir Səlim çatdırdı. Amma tapşırdı ki, Sabunçuya getməyək, onsuz da xəstəxanaya buraxmayacaqlar.

Ertəsi günü “Nobel bağı” yasa batdı. Qardaşımı ehtiramla burada dəfn etdilər. Mərasimdə nitq söyləyənlər çoxdu. Onların arasında ailəmizin yaxşı tanıdığı şair Mir Əli Mənafi də vardı. Onun qardaşımın qəbri üstündə oxuduğu şeir mərasimə gələnləri sarsıtdı, mən bacını daha çox.”

… Suğra bacı qızı Fəxrinin, nəvə və nəticələrinin əhatəsindədir. Böyük Pişəvərinin sonbeşik bacısı onun yeganə oğlu Daruşla da fəxr edir. Qardaşoğlunun bibisi həm də onun qaynanasıdır. Hazırda Almaniyada yaşayan Cavadzadələr Bakıdakı ağbirçək anadan həmişə hal — əhval tuturlar. Vaxtilə Azərbaycan Neft Akademiyasını bitirmiş Daruş Berlində alim və mühəndis kimi nüfuz qazanmışdır. Xanımı Cəvahir həkim işləyir. İki oğul atasıdır.

… İllər keçmişdir. Mir Cəfərləri göyə qaldırıb sonra da yerə çırpan imperiya dağılmışdır. Xalqımızın nadir övladlarının müəmmalı ölümünün əsl səbəbləri üzə çıxmaqdadır. Tarix elmləri doktoru, professor Şövkət Tağıyeva “Azadlıq” qəzetinin 1996-cı il 13 iyul tarixli sayında dərc olunmuş “Əbədi dərs” məqaləsində inkaredilməz elmi nəticələrə gəlmişdir. Görkəmli alim yazır:

“İran müəlliflərindən Vəkilinin gəldiyi bu nəticə də düşündürücüdür: “Pişəvərinin dikbaşlığından incik və narazı olan ruslar… onu öldürməyi qərara aldılar, qəzadan sonra xəstəxanada iynə vurub öldürdülər”. “Azadlıq” qəzetindəki yazının tam ziddinə olaraq, “Avrasiya” qəzetinin 1997 — ci il 23 avqust tarixli sayında “Pişəvərini kim öldürdü?” adlı məqalədə oxuyuruq: “Üzvü olduğu üçün insanları güllələtdirdiyi Müsavat partiyasının qurduğu Azərbaycan Demokratik Cümhuriyyəti atributlarını Təbrizdə yaşadan Bağırov millət xilaskarı deyildi. İlk baxışdan çox oxucularımız düşünə bilər ki, Mir Cəfər Təbrizdə hökumət yaratmaqla azərbaycanlılara xeyir vermişdir. Fəqət, bu qətiyyən belə deyildir. Təbriz hökumətinin başçısı Mir Cəfər Pişəvərinin məhvini təşkil edən Bağırov yaxşı bilirdi ki, azərbaycanlılar deportasiya edilərsə, o, hakimiyyətini itirə bilər. Əhalisi Qazaxıstan çöllərinə sürgün edilmiş respublikanın başçısı kimə və nəyə lazım idi?” Azərbaycan dilində deyil, “Avrasiya” ləhcəsində yazılmış qəzet materialından yalnız bir şeyi anlamaq mümkündür: Pişəvərinin məhvini Bağırov təşkil etmişdir. Başqa sözlə, “Rudenko məhkəməsi”nin sübut edə bilmədiyi iyrənc məqsədə həmin məhkəmədən 42 il keçəndən sonra “Avrasiya” nail olmaq istəmişdir. Sual olunur, Pişəvəriyə canıyananlıq edən qəzet bəs nə üçün bu böyük şəxsiyyətin anadan olmasının ildönümünü yada salmır? Yada sala da bilməz. Çünki başlıca məqsəd Pişəvəridən bəhs etmək deyil, oxucuya bu fikri aşılamaqdır: Mir Cəfər Bağırov millət xilaskarı deyildir. Bəs kimdir?” (Teyyub Qurban, “Düşmənlərindən Güclü Şəxsiyyət” Mir Cəfər Bağırov və Mir Cəfər Pişəvəri)

 

24 aprel 1946-cı il tarixdə SSRİ ilə İran arasında neft sazişi bağlandıqdan sonra Azərbaycan Demokrat Partiyasının lideri M.C. Pişəvəriyə bildirirlər ki, o daha Tehran hökumətinə qarşı çıxış etməsin. Amma SSRİ — nin İrandakı diplomatik korpusunun nümayəndələri Kremlə xəbər verirlər ki, M.C. Pişəvəri bu göstərişi yerinə yetirmir.

M.C. Bağırov M.C. Pişəvərinin gələcək taleyinə biganə qalmayaraq, Demokrat Partiyasının liderini müdafiə məqsədi ilə Stalinə məktubla müraciət edir.

Sonradan, 1956 — cı ildə, M.C. Bağırovun məhkəməsində bu məktub onu M.C. Pişəvərinin ölümündə ittiham edənlərə bir cavab oldu. Əgər M.C. Bağırov Pişəvərini fiziki olaraq aradan götürmək niyyətində olsaydı, hələ Təbrizdə ikən onun ölümünü istəyən Moskva emissarları ilə razılığa gələrdi. Moskvanının özündə Pişəvəriyə münasibət də buna imkan verirdi. Bu məktubda Bağırov Qəvamı da kəskin tənqid etmişdi. (Fond №1,siyahı №89, №112)

MOSKVA, ÜİK(b)P MK
STALİN YOLDAŞA

Sizin göstərişinizə müvafiq olaraq, biz İran Azərbaycanı Demokrat Partiyası ilə əlaqə saxlamağa çalışırıq. Təbriz radiosunu və qəzetlərini izləyirik. Mühüm məsələlərdə bizimlə məsləhətləşməkdə davam edən Demokrat Partiyasının lideri Pişəvərinin çıxış və bəyanatlarına xüsusi diqqət yetiririk. İran hökuməti ilə saziş imzalandıqdan sonra Pişəvərinin çıxış və bəyanatlarında mərkəzi hökumətin ünvanına heç bir kəskin ifadə və ya ikibaşlı eyhamlar tapmırıq.

Buna  baxmayaraq, konsulluq işçiləri, görünür, Azərbaycan və fars dillərini pis bildikləri üçün Pişəvərinin çıxış və bəyanatlarındakı ayrı — ayrı ifadələrə tez — tez irad tutur və SSRİ Xarici İşlər Nazirliyini düzgün məlumatlandırmırdılar. Nəticədə Nazirlikdən Pişəvəriyə xəbərdarlıq olunması, ondan çıxış və ya nitqlərindəki bu və ya digər ifadənin mənası ilə bağlı izahat tələb olunması haqqında göstərişlər daxil olur. Bu da istər Pişəvərinin, istərsə də onun yaxın silahdaşlarının əhval — ruhiyyəsinə mənfi təsir göstərir.

Eyni zamanda ingilislər və amerikanlar son vaxtlar İran Azərbaycanında bizə qarşı öz həyasız təxribat fəaliyyətlərini gücləndirərək, Məclisə seçkilərə hazırlaşan bütün irticaçı qrup və təşkilatları açıq — aşkar dəstəkləməyə başlamışlar.

Azərbaycana münasibətdə Qəvamın davranışı da şübhəli görünür: bizim səfirimiz vasitəsilə Qəvam kürdlərin rəhbəri Qazi Məhəmmədi onunla görüşmək üçün Tehrana gəlməyə razı salmağı xahiş etmişdir. Qazi Məhəmməd bizim məsləhətimizlə Tehrana getmişdir. Daxil olan məlumatlara görə, Qəvam hər vasitə ilə kürdləri azərbaycanlılara qarşı çıxmağa təhrik edir. Qazi Məhəmmədə cürbəcür vədlər verməklə, Qəvam çılışır ki, kürdlər Təbrizə tabe olmasınlar. Bu şəraitdə Demokrat Partiyasının lideri kimi Pişəvəriyə İranın gələcək demokratikləşməsi uğrunda mübarizədə qarşıya çıxacaq çətinliklər haqqında danışmağı qadağan etmək lazım deyil.

M.C. Bağırov, iyul 1946-cı il

Təsadüfi deyil ki, hətta 1950 — ci ildə M.C. Pişəvərinin ölümündən sonra M.İ. İvanov İran Kommunist Partiyası haqqında dissertasiya yazanda Pişəvərini öz xalqının düşməni kimi göstərmişdi. Nəzərə almaq lazımdır ki, bu dissertasiya ÜİK(b) P MK-nın nəzdindəki İctimai Elmlər Akademiyasında müdafiə olunmuşdu.

M.C. Bağırov Malenkova məktub göndərərək qeyd edirdi ki,M.C. Pişəvəriyə bu cür münasibət heç bir məntiqə sığmır və tamamilə əsassızdır . O yazırdı: “Pişəvəri İran xalqı tərəfindən sevilir və görkəmli bir şəxsiyyətdir. Bu iftira Tudə Partiyası (İran Kommunist Partiyasının sədri, erməni Artaşes Ovanesyan) tərəfindən yayılmışdır. Bu, Tudə Partiyasının əksinqilabi fəaliyyətində və eyni zamanda Pişəvəri haqqında iftiraların yayılmasından başqa bir şey deyildir. Bu iftira xalq kütlələri “arasında parlaq partiya və hökumət xadimi kimi Pişəvərinin adı üzərinə heç bir kölgə salına bilməz”. (Cəmil Həsənli “Soyuq müharibənin başlanğıcı”)

Ardı var

     Füzuli Baratov

 

 

Стандартный

52

Həmid Herisçinin qeyri — səmimiliyi

XX əsrdə aprel və may ayları Azərbaycan tarixində əlamətdar günlərlə zəngin olub. 2017-ci il “Şərq” qəzetinin 75-ci (45-28) nömrəsində yazar Şəymənin “Rəsulzadəyə daş atan oğlan” məqaləsini oxudum. Burada diqqət mərkəzində tarixçi alim Dilavər Əzimli və yazıçı konspiroloq, publicist Həmid Herisçidir. Tarixçi alimin əsərlərindən, yaradıcılığından məlumatım olmasa da, Həmid Herisçi haqqında bəzi şeyləri qeyd etməliyəm. O, gah solçu, gah sağçı, bəzən də dərviş (ANS-dəki fəaliyyəti) qismində çıxış edir, həm də şairdir. Onun Oktyabr inqilabının 90 illiyinə həsr olunmuş “SSSR” adlı şer kitabçası var. Mən özüm şer yazmasam da poeziya həvəskarıyam. Rəhmətlik Məşədi İbad demişkən, “Tarixi Nadir”i yarıya qədər oxusam da Həmid Herisçinin bu şerlər kitabından bir şey başa düşə bilmədim. Yenə Məşədi İbadın dediyi kimi, bəs bizim qara camaat bu kitabı oxuyub nə başa düşəcək?

Ümumiyyətlə, Həmid Herisçi hansı sahədə yazırsa yazsın, peşəsi həmişə nala – mıxa vurmaqdır.

Mövzudan uzaqlaşmayıb mətləbə keçək: aprel, may aylarında bu tarixçi alim və publisistin iki tarixi şəxsiyyət haqqında  yazdıqlarına münasibətim: Birinci, Məhəmməd Əmin Rəsulzadədən 14 yaş böyük olan Nəriman Nərimanov haqqında. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda yorulmadan mübarizə aparanlardan biri Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov olmuşdur.

Nəriman Nərimanov 1920-ci il aprelin 28-dən 1922-ci il martın 12-nə kimi Azərbaycan XKS sədri olmaqla yanaşı Azərbaycan İnqilab və Müdafiə Şurasının sədri vəzifəsində də çalışmışdır. O, Azərbaycan sovet hakimiyyətinin ilk vaxtlarında daxili və beynəlxalq vəziyyətin gərginliyi ilə əlaqədar olaraq 1920-ci ilin aprelindən mayın axırına kimi Azərbaycan Xalq Xarici İşlər komissarı vəzifəsini də daşımış, sonralar bu vəzifəni müavini Mirzə Davud Hüseynova həvalə etmişdir.

Azərbaycanın ilk müstəqil dövlətində Fətəli Xan Xoyski və Nəsib Bəy Yusifbəyli hökumət başçıları olmuşlar. Sovet Azərbaycanının isə ilk hökumət başçısı Nəriman Nərimanovdur. Bütün müttəfiq respublikalarda  və həmçinin sovet dövründə birinci rəhbərlər, birinci partiya katibləri ruslar olmuşlar, əsas söz sahibləri də onlar idi. Cümhuriyyət dövründə  və bu günki müstəqil respublikamızda 23 hökumət başçısı olmuşdur. Nəriman Nərimanov müstəqil dövlətin deyil, sovetin bir respubliksının hökumət başçısı olmuşdur. Məhəmməd Əmin Rəsulzadə Müstəqil Azərbaycan Demokratik Respublikasının banisidir. Ona görə də, Nəriman Nərimanovla Məhəmməd Əmin Rəsulzadəni müqayisə etmək heç bir məntiqə sığışmır. Nəriman Nərimanov müstəqil dövlətin başçısı olsaydı, başqa məsələ olardı.

Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə kimi müstəqil olmayan Sovet Azərbaycanının hökumət başçısı da Azərbaycandan savayı heç bir məmləkəti özünə Vətən saymamışdır. O, Moskvaya – bolşevizmin baş qərargahına öz xalqının varlığını yaşatmaq üçün getmişdi. Hakimiyyət pilləsində yüksək yer almaq onun məqsədi deyildi. Qürbətdəki fəaliyyətini Nəriman Nərimanov belə qiymətləndirirdi: “Bu iki ilin müddətində … cismimiz Rusiyada idisə də, ruhumuz Azərbaycanda idi.”

İndi də Məhəmməd Əmin Rəsulzadə haqqında.

     “Mürşid – doğru yol göstərən deməkdir. Məhəmməd Əmin Rəsulzadə sağlığında həyatı ilə, dünyasını dəyişəndən sonra isə əsərləri ilə millətimizə həmişə doğru – düzgün yol göstərmişdir.”- M.Ə. Rəsulzadə haqqında bu sözləri xalqımızın böyük ədibi Yusif Vəzir Çəmənzəminli demişdir. Görkəmli Amerika tarixçisi olan sodaşımız Firuz Kazımzadə yazır: “Məhəmməd Əmin Rəsulzadə dövrünün ən kamil şəxsiyyətlərindən biri olmuşdur – bir siyasi, ictimai və mədəniyyət xadimi kimi nəinki Azərbaycanda, eləcə də bütün Yaxın Şərqdə məşhur idi. Bu insan Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər içində müstəsna bir yer tutur.”

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvar ayının zirvə günündə Bakının Novxanı kəndində axund ailəsində dünyaya göz açmışdır. O, uşaqlıqdan qeyri – adi istedad sahibi olmaqla seçilmiş və kiçik yaşlarından ərəb və fars dillərinə yiyələnmiş, Quranı sərbəst oxumuş, islamın işığı varlığına hopmuşdur. Sonralar klassik Azərbaycan şairlərini orijinaldan oxuyan, Nizami və Füzuli yaradıcılığı barədə elmi əsərlər yazan ədəbiyyatşünas “Kimin “Leyli və Məcnun” dastanı daha güclüdür?” – sualına qəti cavab vermişdir: — “Nizami Məcnunu şerə gətirdi, Füzuli şeri məcnunlaşdırdı.”

Şərq dillərini erkən yaşlarından mənimsəməsi və sonralar bir neçə Avropa dilinə yiyələnməsi, Bakıda rus – tatar məktəbində təhsil alarkən rus dilində də yazıb oxuması ona imkan vermişdir ki, on doqquz yaşında “Şərqi – rus” qəzetinin təşkilatçılarından biri olsun, iyirmi iki yaşında “Qaranlıqda işıqlar” adlı pyes yazsın, iyirmi üç yaşında İranda fars dilində qəzet nəşr etsin. Bakıda Maksim Qorkinin “Ana” romanının bir hissəsini azərbaycancaya çevirib nəşr etdirsin…

Məhəmməd Əmin Rəsulzadə şərqdə ilk dəfə olaraq Avropa tipli bir firqə — Müsavat partiyası yaratmışdır (Müsavat — ərəbcə bərabərlik, tən olmaq deməkdir.M.B.). Onun bayrağında “İnsanlara hürriyyət, millətlərə istiqlal!” yazılmışdır. Müsavatçılıq milli dəyərimizdir. Onun ömrü hər hansı bir zümrə partiyasının aqibəti deyildir, əbədidir. M.Ə. Rəsulzadə uzaqgörənliklə yazırdı: “Bundan sonra müstəqil və milli Azərbaycanın adı “Müsavat” olmaya bilər, fəqət o firqənin “müsavatçı” olması zəruridir.”

Məhəmməd Əmin Rəsulzadə əsərlərində ermənilərin Azərbaycan ərazilərini işğal etməsində Rusiyanın əli olduğu barədə də çox yazmışdır. Bu gün münaqişənin həll olunmasında Rusiyanın vasitəçiliyinə bel bağlamaq olarmı? M.Ə. Rəsulzadə yazırdı:

…Yüz ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələr, sonra bizi əzərlər… Azərbaycanda ögey – doğmalıq olmamalıdır. Erməni, rus, yəhudi, gürcü və sair millətlər Azərbaycan vətəndaşı olaraq qalmaq şərtilə milli mədəni muxtariyyət haqqından istifadə etməlidirlər.”

XX əsrdə dünyanın dörd bir yanına yayılan azərbaycanlıları bir yerə yığmaq işinin böyük təşkilatçısı da M.Ə. Rəsulzadə olmuşdur. İkinci Dünya müharibəsindən sonra onun mühacirətdəki fəaliyyəti bütün dünyanın yenidən Azərbaycandan bəhs etməsinə səbəb olmuşdur. Nyu – Yorkda ingilis dilində M.Ə. Rəsulzadənin “Azərbaycan Respublikası” məqaləsi dərc olunmuşdur. Londonda “Britaniya” ensiklopediyasına M.Ə. Rəsulzadənin yazdığı “Müsavat” partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid məqaləsi daxil olmuşdur.

     Bu gün cəsarətlə demək olar ki, XX əsrdə qanlı və amansız sovet rejimi ilə mütəmadi mübarizə aparanlar arasında bütün dünyada Məhəmməd Əmin Rəsulzadəyə bərabər olan yoxdur. (“Bakının səsi” qəzeti, 28 yanvar – 3 fevral 1998-ci il)

Azərbaycan milli istiqlal hərəkatı, müstəqil dövlətçiliyimizin bərpası, bütün Şərqdə ilk demokratik, çoxmillətli respublikanın təşəkkülü və fəaliyyəti M.Ə. Rəsulzadənin şəxsiyyəti və unudulmaz adı ilə bağlıdır. Tarixin, zamanın  sınaqlarından çıxmış, əbədiyyətə qovuşmuş fədakar, cəfakeş Vətən övladının adını və əməllərini  kimliyi bəlli olmayan bir məddah ləkələməyə çalışır. (Şirməmməd Hüseynov, Cəmil Həsənli, “Azadlıq” qəzeti, 9 noyabr 1995-ci il)

Digər bir məddah isə yazır ki, Nəriman Nərimanov ömrünün sonunadək öz xalqı ilə birlikdə əzablara dözmüş, canını fəda vermişdir. M.Ə. Rəsulzadə isə ölkəni tərk edib köçmüş,ömrünün sonunadək xaricdə yaşamışdır.

Onu da qeyd edək ki, 28 aprel işğalından sonra Azərbaycanı idarə edənlər, kirovlar,orconikidzelər və mikoyanlar idi. Həmin işğal dövründən başlayaraq Azərbaycanda bütün partiya və inzibati orqanlarda çalışanlar milli mənsubiyyətinə görə yox, partiya mənsubiyyətinə təyin olunurdular.

1933-cü ildə Sovet Azərbaycanına azərbaycanlı Mir Cəfər Bağırov rəhbər seçilmişdir.

Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 1934-cü ildə keçirilən büro iclaslarında iştirak edənlərin tərkibinə diqqət yetirin: Qulbis, Sef, Purnis, Rusavskiy, Rodionov, Sanayskiy, İvanov, Poqonov, Blyumzak… 15 il keçdikdən sonra, 1949-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin 5 nəfər katibinin beşi də azərbaycanlı idi: Mir Cəfər Bağırov, Həsən Seyidov, Qəzənfər Məmmədov, Həsən Həsənov, Sultan Qafarzadə. (Teyyub Qurban,“Yeni zaman” qəzeti, 4 avqust 2002-ci il)

     Azərbaycanın azərbaycanlılar tərəfindən idarə olunmasında İ.V. Stalinin xidmətləri danılmazdır. Əgər Lenin və ya Trotski ölkəyə rəhbərlik etsəydi Azərbaycanın azərbaycanlılar tərəfində idarə olunması müşkülə çevrilərdi.

     Zəruri qeyd. Göründüyü kimi Bakı Stalinin həyatında və inqilabi fəaliyyətində, xüsusilə mühüm yer tutmuşdur. Maraqlıdır ki, Stalin, hətta, ilk ailə saədətini Bakıda yaşayan zaman Yekaterina Svanidze ilə evlənərkən tapmışdır (Təəssüflər olsun ki, gənc ana ailə həyatının üçüncü ili Stalin sürgündə olarkən vərəm xəstəliyindən vəfat etmiş və körpəni Yekaterina Svanidzenin qohumları bəsləməli olmuşlar). 1908-ci ildə Bakıda doğulan ilk övladı Yakova görə bir cavan ata kimi, təbii ki, böyük fərəh hissi keçirmiçdir. Yada salaq ki, bakılı Yakov Cuqaşvili Böyük Vətən müharibəsinin ilk dövründə yaralı vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdü. Sonralar onu feldmarşal Fridrix Paulüsə dəyişmək haqqında təklifə cavab olaraq Stalinin dediyi:-“Mən sovet əsgərini alman feldmarşalına dəyişə bilmərəm!” sözləri qanadlı ifadəyə və yüksək vətənpərvərlik etalonuna çevrilərək dillər əzbəri olmuşdur.

Bu da maraqlıdır ki, Stalinin ikinci arvadı Nadejda Sergeyevna Aliluyeva (1901 – 1932) da Bakıda anadan olmuşdur. Nadejda Aliluyevanın ailəsində danışıldığına görə, gənc Koba Bakıda yaşayarkən öz gələcək həyat yoldaşını, hətta, Xəzərdə batmaqdan da xilas etmişdir. (Bax: L. Kolodniy “Qeniy I zlodeystvo”, “Moskovskiy Komsomolets”, 27 may 2007-ci il) 

Yaxşı olardı ki, məqalədə göstərilən tarixçi alim və publicist Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə və başqa şəxsiyyətlər barədə yazanda rəvayətlərə əsaslanıb tarixi saxtalaşdırmasınlar. Yalanın min üzü var, həqiqətin bir üzü.

Məmmədtağı Bağırov

  

Стандартный